Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov G7 ilə danışıqlar üçün əsas mövzunu açıqlayıb

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Peskovun sözlərinə görə, "yeddilik" ölkələri" hüququn verdiyi imkanlar çərçivəsində mövcud müqavilələrin şərtlərinin, qiymətlərinin dəyişdirilməsi və digər məsələləri qaldıracaqlar.
BAKI, 28 iyun — Sputnik. G7-yə aid olan ölkələrin Rusiya qazının ən son qiymət həddini müəyyən etmək niyyəti danışıqların mövzusudur. Bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalistlərlə söhbət zamanı Kremlin nümayəndəsindən "yeddilik" ölkələrinin Rusiya karbohidrogenlərinin qiymətlərini məhdudlaşdırmaq yollarını axtarması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməsi istənilib. Peskova Rusiyanın G7 ölkələrinin müəyyən etdiyi qiymətlərlə qaz tədarük etməyə hazır olub-olmayacağı sualı verilib.
"İstiqamətlərdən, "Qazprom"un verəcəyi qərardan asılıdır", - deyə prezidentin mətbuat katibi cavab verib.
O, qeyd edib ki, "yeddilik" ölkələri "hüquqi imkan daxilində mövcud müqavilələrin şərtlərinin, qiymətlərinin dəyişdirilməsi və digər məsələləri qaldıracaqlar".
"Buna görə də bu, danışıqların və əlaqələrin mövzusudur", - deyə Peskov vurğulayıb.
Bu yaxınlarda "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib ki, G7 ölkələrinin liderləri müvafiq nazirliklərə Rusiya qazının alış qiymətlərinin məhdudlaşdırılması imkanlarını araşdırmaq üçün göstəriş verməyə hazırlaşır.
Qiymətli metallar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.06.2022
RUSİYA
Kreml G7-nin Rusiya qızılının idxalına qadağa qoymaq planlarına cavab verdi
Xəbər lenti
0