Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın ən qocaman sakininin 107 yaşı var

© pixabay / useche70Ahıl adamlar, arxiv şəkli
Ahıl adamlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Ümumilikdə hazırda Rusiya paytaxtında sosial təminat orqanlarında 100 yaşdan yuxarı 684 nəfər qeydiyyatdadır.
BAKI, 28 iyun - Sputnik. Rusiyanın paytaxtı Moskvada 100 yaşdan yuxarı təxminən 700 pensiyaçı yaşayır, ən yaşlı moskvalının isə 107 yaşı var. Bu barədə RİA Novosti-yə Rusiya paytaxtının Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin mətbuat xidmətindən məlumat verilib.
“Yaşı 80-dən yuxarı 389.900-dən çox, 90 yaşdan yuxarı 55.600 və 100 yaşdan yuxarı 684 nəfər sosial təminat orqanlarında qeydiyyatdadır. Ən yaşlı moskvalının isə 107 yaşı var”, - deyə mətbuat xidmətindən bildirilib.
© Depositphotos.com / SeventyFourPensiyaçılar, arxiv şəkli
Лото в гостиной - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Pensiyaçılar, arxiv şəkli
Məlumatda bildirilir ki, yaşı 89-dan yuxarı olan Moskva sakinlərinin 109,6 min nəfəri kişi, 336,6 min nəfəri isə qadınlardır.
Departamentdən onu da qeyd ediblər ki, hazırda Moskvada pensiyaçıların ümumi sayı 3 milyon nəfərdən çoxdur. Bu o deməkdir ki, şəhərin hər dördüncü sakini pensiyaçıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0