https://sputnik.az/20220628/lavrov-xezer-besliyi-olkeleri-bu-barede-raziliga-gelibler-443442457.html
Lavrov: "Xəzər "beşliyi" ölkələri bu barədə razılığa gəliblər"
Lavrov: "Xəzər "beşliyi" ölkələri bu barədə razılığa gəliblər"
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, Xəzər "beşliyi" ölkələri Xəzərdə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi və hərbi əməkdaşlıq haqqında saziş... 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T18:55+0400
2022-06-28T18:55+0400
2022-06-28T18:55+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
xəzər
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443298483_0:320:3072:2048_1920x0_80_0_0_770dac8d4de314e1752dd6b298b56ba7.jpg
BAKI, 28 iyun — Sputnik. Xəzər "beşliyi"nin xarici işlər nazirliklərinin rəhbərləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın prinsiplərinin aktuallığını və toxunulmazlığını təsdiqləyiblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunları barədə danışarkən deyib."Biz, həmçinin dörd il əvvəl Qazaxıstanda keçirilən sammitdə imzalanmış və Xəzər dənizinin bütün beş dövlətin dənizi olduğunu nəzərdə tutan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada yer alan prinsiplərin toxunulmazlığını və aktuallığını vurğuladıq. Xəzəryanı dövlətlər, onların hər biri üçün həyati əhəmiyyət kəsb edir və Xəzər dənizində yerləşən bu dövlətlərdən yalnız beşinin dəniz və onun sərvətləri üzərində suveren hüquqları var", - Rusiya XİN başçısı bildirib.Lavrov qeyd edib ki, tərəflər konvensiyanın təbii ətraf mühitin, bioloji resursların mühafizəsi, elmi tədqiqatlar, fövqəladə halların nəticələrinin, o cümlədən müxtəlif xəstəliklərə yoluxmaların qarşısının alınması , enerji və nəqliyyat üzrə əməkdaşlıq kimi prinsipləri bir daha təsdiqləyiblər."Belə anlaşılma var ki, sabahkı sammitdən sonra Xəzər əməkdaşlığımızın hüquqi bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, o cümlədən brakonyerliyə qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və bir sıra digər sahələrdə iş davam etdiriləcək", - nazir bildirib.Altıncı Xəzər sammiti iyunun 29-da beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın liderlərinin iştirakı ilə Aşqabadda keçiriləcək. Bundan əvvəl Lavrov bildirib ki, Xəzəryanı ölkələrin liderləri sammitdə Xəzərin hüquqi statusuna dair konvensiyanın əhəmiyyətini təsdiq edəcəklər.Lavrov qeyd edib ki, Xəzər "beşliyi" ölkələri Xəzərdə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi və hərbi əməkdaşlıq haqqında saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər.Bundan əlavə, tərəflər Xəzər dənizi regionunda qeyri-Xəzəryanı ölkələrin silahlı qüvvələrinin mövcudluğunun istisna edildiyini təsdiqləyiblər. "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın burada qeyri-Xəzəryanı, sahilboyu olmayan dövlətlərin hər hansı silahlı qüvvələrinin mövcudluğunun istisna edilməsi prinsipi qətiyyətlə, birmənalı şəkildə təsdiqlənib.Ümumilikdə gəmiçilik sahəsində, o cümlədən mülki naviqasiyada olduğu kimi, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya çərçivəsində qərara alınıb ki, burada üzmə yalnız Xəzəryanı dövlətlərdən birinin bayrağı altında üzən gəmilər tərəfindən həyata keçirilir. Bu gün biz bu prinsipi çox aydın şəkildə tətbiq edirik.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443298483_171:0:2902:2048_1920x0_80_0_0_b0170cdd25e66c82d52154719717f6de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, xəzər
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, xəzər
Lavrov: "Xəzər "beşliyi" ölkələri bu barədə razılığa gəliblər"
Rusiyanın xarici işlər naziri bildirib ki, Xəzər "beşliyi" ölkələri Xəzərdə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi və hərbi əməkdaşlıq haqqında saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər.
BAKI, 28 iyun — Sputnik. Xəzər "beşliyi"nin xarici işlər nazirliklərinin rəhbərləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın prinsiplərinin aktuallığını və toxunulmazlığını təsdiqləyiblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunları barədə danışarkən deyib.
"Biz, həmçinin dörd il əvvəl Qazaxıstanda keçirilən sammitdə imzalanmış və Xəzər dənizinin bütün beş dövlətin dənizi olduğunu nəzərdə tutan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada yer alan prinsiplərin toxunulmazlığını və aktuallığını vurğuladıq. Xəzəryanı dövlətlər, onların hər biri üçün həyati əhəmiyyət kəsb edir və Xəzər dənizində yerləşən bu dövlətlərdən yalnız beşinin dəniz və onun sərvətləri üzərində suveren hüquqları var", - Rusiya XİN başçısı bildirib.
Lavrov qeyd edib ki, tərəflər konvensiyanın təbii ətraf mühitin, bioloji resursların mühafizəsi, elmi tədqiqatlar, fövqəladə halların nəticələrinin, o cümlədən müxtəlif xəstəliklərə yoluxmaların qarşısının alınması , enerji və nəqliyyat üzrə əməkdaşlıq kimi prinsipləri bir daha təsdiqləyiblər.
"Belə anlaşılma var ki, sabahkı sammitdən sonra Xəzər əməkdaşlığımızın hüquqi bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, o cümlədən brakonyerliyə qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və bir sıra digər sahələrdə iş davam etdiriləcək", - nazir bildirib.
Altıncı Xəzər sammiti iyunun 29-da beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın liderlərinin iştirakı ilə Aşqabadda keçiriləcək. Bundan əvvəl Lavrov bildirib ki, Xəzəryanı ölkələrin liderləri sammitdə Xəzərin hüquqi statusuna dair konvensiyanın əhəmiyyətini təsdiq edəcəklər.
Lavrov qeyd edib ki, Xəzər "beşliyi" ölkələri Xəzərdə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi və hərbi əməkdaşlıq haqqında saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər.
Bundan əlavə, tərəflər Xəzər dənizi regionunda qeyri-Xəzəryanı ölkələrin silahlı qüvvələrinin mövcudluğunun istisna edildiyini təsdiqləyiblər. "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın burada qeyri-Xəzəryanı, sahilboyu olmayan dövlətlərin hər hansı silahlı qüvvələrinin mövcudluğunun istisna edilməsi prinsipi qətiyyətlə, birmənalı şəkildə təsdiqlənib.
Ümumilikdə gəmiçilik sahəsində, o cümlədən mülki naviqasiyada olduğu kimi, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya çərçivəsində qərara alınıb ki, burada üzmə yalnız Xəzəryanı dövlətlərdən birinin bayrağı altında üzən gəmilər tərəfindən həyata keçirilir. Bu gün biz bu prinsipi çox aydın şəkildə tətbiq edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.