Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kalininqrada tranzit qadağasına sərt cavab veriləcək - Medvedev

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidMedvedev
Medvedev  - Sputnik Azərbaycan, 1920, 28.06.2022
Abunə olmaq
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin fikrincə, Kalininqrada tranzitlə bağlı qərarların nəticələrinə görə məhz Litva tam məsuliyyət daşıyır.
BAKI, 28 iyun — Sputnik. Rusiya Kalininqrada tranzit qadağasına görə cavab tədbirləri görəcək, onlar Litvanın oksigenini kəsməyə qadir olacaq qədər çox sərt olacaq.
Bunu "Arqumentı i faktı" qəzetinə müsahibəsində Rusiya Federasiyasının Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
"Təbii ki, Rusiya cavab tədbirləri görəcək və onlar çox sərt olacaq. Bu cavabın nə olduğunu hələ dəqiqləşdirməyəcəyəm. İmkanlar çoxdur, onların xeyli hissəsi iqtisadi xarakter daşıyır və düşmənçilik hərəkətlərini həyata keçirən Baltikyanı qonşularımızın oksigenini kəsməyə qadirdir", - deyə o, vurğulayıb.
Medvedev Vilnüsün Kalininqrad vilayətinə malların tranzitini məhdudlaşdırmaq qərarını "Qərbin Rusiyaya qarşı başladığı həmin o "proksi müharibə"nin bir hissəsi adlandırıb. Onun fikrincə, bu səbəbdən Moskvanın cavabı asimmetrik ola bilər.
"Həmçinin, asimmetrik tədbirlərdən istifadə ehtimalı var ki, bu da əlbəttə münaqişənin kritik həddə çatmasına səbəb olacaq", - deyə Təhlükəsizlik Şurası rəhbərinin müavini qeyd edib.
Medvedevin fikrincə, belə bir eskalasiya pis seçimdir. Həyat səviyyəsi onsuz da çox da yüksək olmayan, Avropa standartlarI ilə müqayisədə dilənçi səviyyəsinə uyğun olan adi Litva vətəndaşları bundan əziyyət çəkəcəklər.
"Vilnüs və ya Kaunas sakinlərindən bu cür tədbirlər haqqında nə düşündüklərini soruşun. Siz xüsusi diplomatik deyil, doğru cavablar eşidəcəksiniz. Litva siyasətçiləri kimlərinsə işinə yarımağa cəhd göstərirlər. Vətəndaşlar isə bu absurd teatrda birtəhər sağ qalmağa çalışırlar. Həm bu, həm də digərlərinin işləri getdikcə pisləşir", - deyə Medvedev sözünə davam edib.
Tranzit qadağası haqqında
Təhlükəsizlik Şurasının rəhbərinin müavini hesab edir ki, Kalininqrada tranzitlə bağlı qərarların nəticələrinə görə məhz Litva tam məsuliyyət daşısa da, Vilnüs bu barədə düşünmür.
"[Rusiya mallarının tranzitinə qadağa qoyulması qərarı] Litvanın öz addımlarının nəticələri barədə ümumiyyətlə düşünmədiyinin daha bir sübutudur. Və Litvanın yalnız Avropa İttifaqının qəbul etdiyi qərarları itaətkarlıqla yerinə yetirdiyinə dair istinadlar onu xilas etmir", – deyə o, bəyan edib.
"Yeri gəlmişkən, Aİ mümkün problemləri dərk edərək, bu addımları atmaqda təkid belə etməyib. Lakin Litva amerikalı xeyriyyəçilərin qarşısında təzim edərək, bir daha öz axmaq rusofob münasibətini nümayiş etdirib", - deyə Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
O, "hətta sanksiyaların qəbulu zamanı ölkədə problemlər yaratmamaq, fundamental çoxtərəfli və ikitərəfli razılaşmaları pozmamaq üçün nələrin ediləcəyi ilə bağlı istisnalar və şərhlərin müzakirə olunduğuna" diqqət çəkib.
"Buna görə də tranzit qadağasının günahı tamamilə Vilnüsdədir. Bütün mənfi nəticələr məhz onun başında "çatlayacaq"", - deyə Medvedev vurğulayıb.
Onun fikrincə, "təkcə siyahısı 60 səhifədən çox olan Rusiya mallarının tranzitinə qadağa qoyulması qərarı o qədər absurddur ki, bu barədə şərh verməyin mənası belə yoxdur".
 Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 28.06.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Peskov: Kiyev bunu edərsə, günün sonunda hərbi əməliyyatlar bitə bilər
Xəbər lenti
0