Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tacikistan Avrasiya İqtisadi İttifaqına qoşulacaqmı?

© Sputnik / Алексей Никольский / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon
Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Abunə olmaq
Dünən Rusiya prezidenti Vladimir Putinin gələn həftə Tacikistana səfər edəcəyi barədə Rusiya KİV-lərində məlumat yayılıb.
BAKI, 27 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin iyunun 28-də Tacikistana səfəri zamanı ölkə başçısı Emoməli Rəhmonla Tacikistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması məsələsini müzakirə edə bilər. RİA Novosti xəbər verir ki, bunu bazar ertəsi brifinqdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
© Sputnik / Алексей Никольский / Mediabanka keçidYuri Uşakov
Юрий Ушаков - Sputnik Azərbaycan, 1920, 27.06.2022
Yuri Uşakov

“Biz tacik dostlarımız və həmkarlarımızla bu məsələni daim müzakirə edirik. Müxtəlif səviyyələrdə biz Aİİ daxilində inteqrasiyanın üstünlüyünü göstəririk. Həmkarlarımız bu məsələni öyrənirlər. Təbii ki, müəyyən dərəcədə prezidentlər arasında təmas ona da təsir edəcək”, - deyə Uşakov bildirib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinin gələn həftə Tacikistana səfər edəcəyi barədə Rusiya KİV-lərində məlumat yayılıb.
O da bildirilirdi ki, bu həftə Rusiya Prezidenti Xəzər sammitində iştirak etmək üçün Türkmənistan paytaxtı Aşqabada da səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0