https://sputnik.az/20220627/putin-g20-sammitine-devet-alib-443398684.html
Putin G20 sammitinə dəvət alıb
Putin G20 sammitinə dəvət alıb
Sputnik Azərbaycan
Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur. 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T19:49+0400
2022-06-27T19:49+0400
2022-06-27T19:49+0400
rusiya
g-20
rusiya prezidenti vladimir putin
dəvət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/07/442640117_0:0:3111:1751_1920x0_80_0_0_c45ac208981ac95edc577f11cd062c9c.jpg
BAKI, 27 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidododan noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində əyani formatda iştirak etmək üçün dəvət alıb və Rusiya tərəfi müsbət cavab verib. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bugünkü brifinqdə deyib.“Biz rəsmi dəvət aldıq və indoneziyalıların müvafiq Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da da müzakirə olunacaq (Putinlə Vidodonun Kremldəki görüşündə - red.) Amma bizim prezidentimiz dəvət aldı və biz də müsbət cavab verdik, iştirakda maraqlı olduğumuzu bildirdik”, - deyə Uşakov bildirib.Eyni zamanda Prezidentin köməkçisi qeyd edib ki, Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı yekun qərar olmasa da, sammitə qədər hələ çox vaxt var:“Hələlik tam ştat formatında dəvət edirlər. Ancaq hələ çox vaxt var və ümid edirəm ki, pandemiya bu çox vacib forumu əyani formatda keçirməyə imkan verəcək. Qabaqcadan danışmağa qorxuram. Sadəcə, bəzi ölkələr pandemiya kontekstində hələ də bağlıdır”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/07/442640117_382:0:3111:2047_1920x0_80_0_0_514c0ec5b70a737456382e5e4d4a3a24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
g-20, rusiya prezidenti vladimir putin, dəvət
g-20, rusiya prezidenti vladimir putin, dəvət
Putin G20 sammitinə dəvət alıb
Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur.
BAKI, 27 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidododan noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində əyani formatda iştirak etmək üçün dəvət alıb və Rusiya tərəfi müsbət cavab verib. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bugünkü brifinqdə deyib.
“Biz rəsmi dəvət aldıq və indoneziyalıların müvafiq Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da da müzakirə olunacaq (Putinlə Vidodonun Kremldəki görüşündə - red.) Amma bizim prezidentimiz dəvət aldı və biz də müsbət cavab verdik, iştirakda maraqlı olduğumuzu bildirdik”, - deyə Uşakov bildirib.
Eyni zamanda Prezidentin köməkçisi qeyd edib ki, Rusiya Federasiyasının İndoneziyada keçiriləcək G20-də hansı səviyyədə iştirak edəcəyi ilə bağlı yekun qərar olmasa da, sammitə qədər hələ çox vaxt var:
“Hələlik tam ştat formatında dəvət edirlər. Ancaq hələ çox vaxt var və ümid edirəm ki, pandemiya bu çox vacib forumu əyani formatda keçirməyə imkan verəcək. Qabaqcadan danışmağa qorxuram. Sadəcə, bəzi ölkələr pandemiya kontekstində hələ də bağlıdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.