https://sputnik.az/20220627/kanada-vetendaslarinin-rusiyaya-girisi-hemiselik-qadagan-edildi-443389361.html
Kanada vətəndaşlarının Rusiyaya girişi həmişəlik qadağan edildi
Kanada vətəndaşlarının Rusiyaya girişi həmişəlik qadağan edildi
Sputnik Azərbaycan
Rəsmi Moskva Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyalarının tətbiqinə cavab... 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T14:38+0400
2022-06-27T14:38+0400
2022-06-27T14:39+0400
rusiya
kanada
sanksiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_0:0:3072:1728_1920x0_80_0_0_a9736b3f82d37fe59187bef06ef31827.jpg
BAKI, 27 iyun - Sputnik. Rusiya Kanadanın 43 vətəndaşına sanksiya tətbiq edib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurumun saytında xəbər verilir ki, rəsmi Moskvanın sanksiya siyahısına Kanadanın federal və regional səviyyədə olan məmurları düşüb.“Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyaların tətbiqinə cavab olaraq 43 Kanada vətəndaşının Rusiyaya girişi həmişəlik əngəllənib. Söhbət federal və regional məmurlardan, hakim Liberal Partiyasının funksionerlərindən və ictimai xadimlərdən gedir”, - Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.Burada həmçinin bildirilir ki, Kanadada hakim rejim Jastin Trüdo inadla döyüşkən rusofobiya kursunu davam etdirdiyi bir şəraitdə Rusiya tərəfi Ottavanın açıq düşmənçilik hərəkətlərinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.Qeyd edək ki, Rusiya XİN-in saytında ölkəyə girişi həmişəlik yasaqlanan Kanada vətəndaşlarının siyahısı da dərc olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220607/-bloomberg-rusiyaya-qarsi-sanksiyalar-semeresiz-olub-442629441.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_341:0:3072:2048_1920x0_80_0_0_7812a0c2fb4670b8bbfbf993b9344ee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kanada, sanksiya
Kanada vətəndaşlarının Rusiyaya girişi həmişəlik qadağan edildi
14:38 27.06.2022 (Yenilənib: 14:39 27.06.2022) Rəsmi Moskva Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyalarının tətbiqinə cavab addımı atıb.
BAKI, 27 iyun - Sputnik. Rusiya Kanadanın 43 vətəndaşına sanksiya tətbiq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun saytında xəbər verilir ki, rəsmi Moskvanın sanksiya siyahısına Kanadanın federal və regional səviyyədə olan məmurları düşüb.
“Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyaların tətbiqinə cavab olaraq 43 Kanada vətəndaşının Rusiyaya girişi həmişəlik əngəllənib. Söhbət federal və regional məmurlardan, hakim Liberal Partiyasının funksionerlərindən və ictimai xadimlərdən gedir”, - Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.
Burada həmçinin bildirilir ki, Kanadada hakim rejim Jastin Trüdo inadla döyüşkən rusofobiya kursunu davam etdirdiyi bir şəraitdə Rusiya tərəfi Ottavanın açıq düşmənçilik hərəkətlərinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, Rusiya XİN-in saytında ölkəyə girişi həmişəlik yasaqlanan Kanada vətəndaşlarının siyahısı da dərc olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.