https://sputnik.az/20220627/bakida-kecirilen-et-turizm-nazirlerinin--konfransinda-qirxa-qeder-olke-temsil-olunub--443393400.html
Bakıda keçirilən İƏT Turizm Nazirlərinin konfransında qırxa qədər ölkə təmsil olunub
Bakıda keçirilən İƏT Turizm Nazirlərinin konfransında qırxa qədər ölkə təmsil olunub
Sputnik Azərbaycan
Rəsmi şəxslərin iyunun 28-də keçiriləcək görüşündə “Turizm Şəhəri Mükafatı”na namizədlərin müəyyənləşəcəyi və Bakı bəyannaməsinin qəbul ediləcəyi gözlənilir. 27.06.2022, Sputnik Azərbaycan
2022-06-27T16:59+0400
2022-06-27T16:59+0400
2022-06-27T17:00+0400
paytaxt xəbərləri
turizm
iət
bakı
nazirlər
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443391938_0:55:1064:654_1920x0_80_0_0_a1051914c4f580a845edaa31c692ebaa.jpg
BAKI, 27 iyun - Sputnik. İyunun 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransı çərçivəsində üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin iclası keçirilir.Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunacaq, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar ediləcək.İyunun 28-də keçiriləcək təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək.Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443391938_60:0:1004:708_1920x0_80_0_0_ecb59fc2bca08e9ee7475455db9fff17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, iət, bakı, nazirlər, görüş
turizm, iət, bakı, nazirlər, görüş
Bakıda keçirilən İƏT Turizm Nazirlərinin konfransında qırxa qədər ölkə təmsil olunub
16:59 27.06.2022 (Yenilənib: 17:00 27.06.2022) Rəsmi şəxslərin iyunun 28-də keçiriləcək görüşündə “Turizm Şəhəri Mükafatı”na namizədlərin müəyyənləşəcəyi və Bakı bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.
BAKI, 27 iyun - Sputnik. İyunun 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransı çərçivəsində üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin iclası keçirilir.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunacaq, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar ediləcək.
İyunun 28-də keçiriləcək təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.