Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

UFC döyüş turnirində rusiyalı Nurməhəmmədov amerikalı Manessi məğlub edib

© AFP 2023 / Roslan RAHMAN MMA döyüşləri, arxiv şəkli
MMA döyüşləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Umar Nurməhəmmədov məğlubedilməz keçmiş çempion Həbib Nurməhəmmədovun əmisi oğludur.
BAKI, 26 iyun - Sputnik. Qarışıq döyüş sənəti (MMA) üzrə rusiyalı döyüşçü Umar Nurməhəmmədov UFC Vegas 57 turniri çərçivəsində amerikalı Neyt Manessi məğlub edib. RİA Novosti xəbər verir ki, ən yüngül divizion təmsilçilərinin döyüşü Las-Veqasda (ABŞ) baş tutub.
Hakimlərin yekdil qərarı ilə rusiyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Yüngül çəkidə məğlubedilməz keçmiş çempion Həbib Nurməhəmmədovun əmisi oğlu olan rusiyalı üçün bu qələbə qarışıq döyüş növləri üzrə 15 döyüşdə 15-ci olub.
Manessin isə hesabında 16 qələbəsi və iki məğlubiyyəti var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0