https://sputnik.az/20220626/soyqu-xususi-herbi-emeliyyatda-istirak-eden-qosunlara-baxis-kecirib-443358460.html
Şoyqu xüsusi hərbi əməliyyatda iştirak edən qoşunlara baxış keçirib
Şoyqu xüsusi hərbi əməliyyatda iştirak edən qoşunlara baxış keçirib
Sputnik Azərbaycan
Rusiya MN-in məlumatında deyilir ki, nazir komandirlərin əsas əməliyyat rayonlarındakı hərəkətlərə dair məruzələrini dinləyib. 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T12:16+0400
2022-06-26T12:16+0400
2022-06-26T12:16+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
sergey şoyqu
ukrayna
baxış
https://cdnn1.img.sputnik.az/img/07e4/08/19/424764776_0:0:2800:1575_1920x0_80_0_0_0f35b780ed00c886d24eb933f961ccbf.jpg
BAKI, 26 iyun - Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya qoşunları qrupuna baxış keçirib və komandirlərin əsas əməliyyat bölgələrində mövcud vəziyyətlə bağlı məruzələrini dinləyib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.“Rusiya qruplarının komanda məntəqələrində ordu generalı Sergey Şoyqu komandirlərin hazırkı vəziyyətə və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat rayonlarındakı hərəkətlərinə dair məruzələrini dinləyib”, - Müdafiə Nazirliyindən bildiriblər.Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi idarə rəisi hərbi əməliyyatların hərtərəfli təminatının təşkilinə, habelə müvəqqəti dislokasiya məntəqələrində Rusiya hərbi qulluqçuları üçün bütün zəruri yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirib.“Həmçinin, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu xüsusi hərbi əməliyyat zamanı döyüşlərdə qəhrəmanlıq və fədakarlıq göstərən rusiyalı hərbçilərə dövlət mükafatlarını: Rusiya Federasiyası Qəhrəmanının Qızıl Ulduz medalını və “İgidliyə görə” ordenini təqdim edib.”, - məlumatda deyilir.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/19/424764776_237:0:2726:1867_1920x0_80_0_0_fc5c27556a41f5a08ee539200501b543.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, sergey şoyqu, ukrayna, baxış
rusiya, sergey şoyqu, ukrayna, baxış
Şoyqu xüsusi hərbi əməliyyatda iştirak edən qoşunlara baxış keçirib
Rusiya MN-in məlumatında deyilir ki, nazir komandirlərin əsas əməliyyat rayonlarındakı hərəkətlərə dair məruzələrini dinləyib.
BAKI, 26 iyun - Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya qoşunları qrupuna baxış keçirib və komandirlərin əsas əməliyyat bölgələrində mövcud vəziyyətlə bağlı məruzələrini dinləyib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya qruplarının komanda məntəqələrində ordu generalı Sergey Şoyqu komandirlərin hazırkı vəziyyətə və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat rayonlarındakı hərəkətlərinə dair məruzələrini dinləyib”, - Müdafiə Nazirliyindən bildiriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi idarə rəisi hərbi əməliyyatların hərtərəfli təminatının təşkilinə, habelə müvəqqəti dislokasiya məntəqələrində Rusiya hərbi qulluqçuları üçün bütün zəruri yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirib.
“Həmçinin, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu xüsusi hərbi əməliyyat zamanı döyüşlərdə qəhrəmanlıq və fədakarlıq göstərən rusiyalı hərbçilərə dövlət mükafatlarını: Rusiya Federasiyası Qəhrəmanının Qızıl Ulduz medalını və “İgidliyə görə” ordenini təqdim edib.”, - məlumatda deyilir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.