Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti Orta Asiya ölkələrinə səfər edəcək - TV

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Abunə olmaq
Rusiya dövlət başçısının Türkmənistanda keçiriləcək Xəzər sammitində də iştirak edəcəyi bildirilir.
BAKI, 26 iyun - Sputnik. Gələn həftə Rusiya prezidenti Vladimir Putinin Tacikistana səfər edəcəyi gözlənilir. Bu barədə "Rossiya 1" kanalında "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.
"Putin ilk olaraq bu həftə Düşənbəyə uçacaq. Tacikistan prezidenti Rəhmonla əhateli danışıqlar, o cümlədən söhbət və işgüzar nahar nəzərdə tutulub", - deyə proqramda bildirilib.
© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidAktauda keçirilmiş beşinci Xəzər sammitindən kadr, arxiv şəkli
Участники Пятого Каспийского саммита в Актау - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Aktauda keçirilmiş beşinci Xəzər sammitindən kadr, arxiv şəkli
O da bildirilib ki, bu həftə Rusiyanın dövlət başçısı Kremldə İndoneziya prezidenti Coko Vidodo ilə də danışıqlar aparacaq, daha sonra isə Xəzər sammitində iştirak etmək üçün Türkmənistan paytaxtı Aşqabada səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0