https://sputnik.az/20220626/qerb-olkeleri-enerji-bohranini-derinlesdirmek-niyyetindedir---puskov-443370395.html
Qərb ölkələri enerji böhranını dərinləşdirmək niyyətindədir - Puşkov
Qərb ölkələri enerji böhranını dərinləşdirmək niyyətindədir - Puşkov
Sputnik Azərbaycan
Rusiya Federasiya Şurasının komissiya sədri bildirib ki, Qərb ölkələrinin yaxşı düşünülmüş strategiyası və bəzi gizli “kozırları”nın olduğunu düşünmək olmaz. 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T17:54+0400
2022-06-26T17:54+0400
2022-06-26T18:06+0400
qaz
rusiya
qərb
enerji
böhran
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142436_0:160:3072:1888_1920x0_80_0_0_7e789e69dc4f1adb160f07825d0a1903.jpg
BAKI, 26 iyun - Sputnik. Qərb ölkələri öz əlləri ilə özləri üçün enerji böhranı yaradıblar və onu dərinləşdirmək niyyətindədirlər. Bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə üzrə komissiyasının sədri Aleksey Puşkov deyib.Telegram kanalında o qeyd edib ki, çətin ki, bu halda həmin ölkələrin hər hansı yaxşı düşünülmüş strategiyası olsun.“Qərb ölkələrinin öz əlləri ilə özləri üçün yaratdığı və daha da dərinləşdirmək niyyətində olduğu böhran. Üstəlik, onların yaxşı düşünülmüş strategiyası və bəzi gizli “kozırları”nın olduğunu düşünmək olmaz”, - deyə Puşkov yazıb.Senator qeyd edib ki, Qərb dövlətlərinin “kozırları” yoxdur, ancaq bir şey var – “Rusiya ilə gərgin qarşıdurma xətti. Eyni zamanda Puşkov vurğulayıb ki, Qərb nəyin bahasına olursa olsun Moskva ilə müvafiq qarşıdurmanı təşviq etməyə hazırdır.Serbiya prezidenti Aleksandar Vuçiç bir müddət əvvəl Avropa İttifaqının bir sıra ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirmişdi.Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142436_171:0:2902:2048_1920x0_80_0_0_4c649bae1281893f5a191c0dff1542f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, qərb, enerji, böhran
qaz, qərb, enerji, böhran
Qərb ölkələri enerji böhranını dərinləşdirmək niyyətindədir - Puşkov
17:54 26.06.2022 (Yenilənib: 18:06 26.06.2022) Rusiya Federasiya Şurasının komissiya sədri bildirib ki, Qərb ölkələrinin yaxşı düşünülmüş strategiyası və bəzi gizli “kozırları”nın olduğunu düşünmək olmaz.
BAKI, 26 iyun - Sputnik. Qərb ölkələri öz əlləri ilə özləri üçün enerji böhranı yaradıblar və onu dərinləşdirmək niyyətindədirlər. Bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə üzrə komissiyasının sədri Aleksey Puşkov deyib.
Telegram kanalında o qeyd edib ki, çətin ki, bu halda həmin ölkələrin hər hansı yaxşı düşünülmüş strategiyası olsun.
“Qərb ölkələrinin öz əlləri ilə özləri üçün yaratdığı və daha da dərinləşdirmək niyyətində olduğu böhran. Üstəlik, onların yaxşı düşünülmüş strategiyası və bəzi gizli “kozırları”nın olduğunu düşünmək olmaz”, - deyə Puşkov yazıb.
Senator qeyd edib ki, Qərb dövlətlərinin “kozırları” yoxdur, ancaq bir şey var – “Rusiya ilə gərgin qarşıdurma xətti. Eyni zamanda Puşkov vurğulayıb ki, Qərb nəyin bahasına olursa olsun Moskva ilə müvafiq qarşıdurmanı təşviq etməyə hazırdır.
Serbiya prezidenti Aleksandar Vuçiç bir müddət əvvəl Avropa İttifaqının bir sıra ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirmişdi.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.