https://sputnik.az/20220626/prezidente-veziyyetle-bagli-gundelik-melumat-verilir---peskov-443359040.html
Prezidentə vəziyyətlə bağlı gündəlik məlumat verilir - Peskov
Prezidentə vəziyyətlə bağlı gündəlik məlumat verilir - Peskov
Sputnik Azərbaycan
Bazar günü Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qrupunu yoxlayaraq komandirlərin hesabatlarını dinləyib. 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T12:55+0400
2022-06-26T12:55+0400
2022-06-26T12:55+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
dmitri peskov
sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441832086_0:0:3072:1728_1920x0_80_0_0_cde29813c9165cf346a1c4cbcffbb692.jpg
BAKI, 26 iyun - Sputnik. "Müdafiə naziri hər gün vəziyyətlə bağlı prezidentə hesabat verir". RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RF müdafiə nazirinin Ukraynada həyata keçirilən əməliyyatda iştirak edən hərbçilərin təftişi ilə bağlı hesabatın planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavabında deyib."Müdafiə naziri hər gün prezidentə hesabat verir", - deyə Peskov bildirib.Bazar günü Müdafiə Nazirliyi məlumat yayıb ki, Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qrupunu yoxlayıb, komandirlərin hesabatlarını dinləyib və Donbasda tapşırıqları yerinə yetirərkən qəhrəmanlıq göstərən hərbçilərə mükafatlar təqdim edib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441832086_341:0:3072:2048_1920x0_80_0_0_809d9d78f8f0a8049fbacfce17391427.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, sergey şoyqu
dmitri peskov, sergey şoyqu
Prezidentə vəziyyətlə bağlı gündəlik məlumat verilir - Peskov
Bazar günü Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qrupunu yoxlayaraq komandirlərin hesabatlarını dinləyib.
BAKI, 26 iyun - Sputnik. "Müdafiə naziri hər gün vəziyyətlə bağlı prezidentə hesabat verir". RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RF müdafiə nazirinin Ukraynada həyata keçirilən əməliyyatda iştirak edən hərbçilərin təftişi ilə bağlı hesabatın planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavabında deyib.
"Müdafiə naziri hər gün prezidentə hesabat verir", - deyə Peskov bildirib.
Bazar günü Müdafiə Nazirliyi məlumat yayıb ki, Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qrupunu yoxlayıb, komandirlərin hesabatlarını dinləyib və Donbasda tapşırıqları yerinə yetirərkən qəhrəmanlıq göstərən hərbçilərə mükafatlar təqdim edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.