Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada mərhum Yuri Şatunovla vida mərasimi keçirilir

© Sputnik / Anton Belitsky / Fotobanka keçməkYuri Şatunov
Yuri Şatunov - Sputnik Azərbaycan, 1920, 26.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sovet dövründə məşhur olmuş "Laskovı May" qrupunun solisti Şatunovun hitlərindən biri "Ağ qızıl güllər" mahnısı olub.
BAKI, 26 iyun - Sputnik. Bazar günü səhər saatlarında Moskvadakı Troekurovski qəbiristanlığında mərhum müğənni Yuri Şatunovla vida mərasimi başlayıb. Bu barədə RİA Novosti xəbər verir.
Xatırladaq ki, Şatunov iyunun 23-nə keçən gecə 48 yaşında vəfat edib. Ölümün səbəbi kütləvi infarkt olub.
Yüzlərlə insan Şatunovun xatirəsini yad etməyə gəlib, çoxu ağ qızılgül çələngləri gətəriblər.
Dəfn zalı ağ qızılgüllərlə səpələnib, mərasimdə təcili yardım maşınları növbə çəkir.
Qeyd edək ki, "Laskovı May" qrupunun solisti Şatunovun 80-ci illərin sonlarında hitlərindən biri "Ağ qızıl güllər" mahnısı olub.
Şatunov sovet və rus müğənnisi, 1986-1991-ci illərdə "Laskovy May" qrupunun solisti olub, ən populyar hitləri arasında "Çal gecə" mahnısı da var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0