https://sputnik.az/20220626/consonun-ukrayna-etrafinda-nizamlanma-ile-bagli-beyanati-dehsetdir---zaxarova-443376379.html
Consonun Ukrayna ətrafında nizamlanma ilə bağlı bəyanatı dəhşətdir - Zaxarova
Consonun Ukrayna ətrafında nizamlanma ilə bağlı bəyanatı dəhşətdir - Zaxarova
Sputnik Azərbaycan
Böyük Britaniyanın baş naziri hesab edir ki, Ukraynadakı münaqişənin həllinə yönəlmiş istənilən cəhdlər dünyada qeyri-sabitliyin artmasına səbəb olacaq. 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T20:16+0400
2022-06-26T20:16+0400
2022-06-26T20:16+0400
rusiya
mariya zaxarova
ukrayna
boris conson
bəyanat
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 26 iyun - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Boris Consonun Ukraynadakı münaqişənin həllinə hər hansı cəhdin dünyada qeyri-sabitliyin artmasına gətirib çıxaracağı ilə bağlı bəyanatını dəhşətli adlandırıb.“Britaniya siyasi yumorunun nə olduğunun ən yaxşı izahı budur - zülmət, məntiqsiz, çox vulqar. Əvvəlcə bu cür dəhşətli bəyanatların prinsipcə mümkün olduğuna inanmaqdan imtina edirsən, amma sonra xatırlayırsan ki, söhbət “liberal demokratik monarxiya” rejimindən gedir və hər şey öz yerinə düşür”, - deyə diplomat bazar günü özünün Telegram kanalında Consonun Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı verdiyi açıqlamanı şərh edərkən yazıb.Bir qədər əvvəl Fransa lideri ilə görüşdə Conson bildirib ki, hazırkı mərhələdə Ukraynadakı münaqişənin həlli cəhdləri yalnız dünyada qeyri-sabitliyin qorunmasına və Moskvanın mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.Conson və Makron Almaniyanın cənubundakı Elmau qəsrində Yeddilik Qrupu (G7) başçılarının görüşündə iştirak edirlər.Üç gün davam edəcək danışıqların əsas mövzusunun Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyalarının nəticələri olacağı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, ukrayna, boris conson, bəyanat
mariya zaxarova, ukrayna, boris conson, bəyanat
Consonun Ukrayna ətrafında nizamlanma ilə bağlı bəyanatı dəhşətdir - Zaxarova
Böyük Britaniyanın baş naziri hesab edir ki, Ukraynadakı münaqişənin həllinə yönəlmiş istənilən cəhdlər dünyada qeyri-sabitliyin artmasına səbəb olacaq.
BAKI, 26 iyun - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Boris Consonun Ukraynadakı münaqişənin həllinə hər hansı cəhdin dünyada qeyri-sabitliyin artmasına gətirib çıxaracağı ilə bağlı bəyanatını dəhşətli adlandırıb.
“Britaniya siyasi yumorunun nə olduğunun ən yaxşı izahı budur - zülmət, məntiqsiz, çox vulqar. Əvvəlcə bu cür dəhşətli bəyanatların prinsipcə mümkün olduğuna inanmaqdan imtina edirsən, amma sonra xatırlayırsan ki, söhbət “liberal demokratik monarxiya” rejimindən gedir və hər şey öz yerinə düşür”, - deyə diplomat bazar günü özünün Telegram kanalında Consonun Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı verdiyi açıqlamanı şərh edərkən yazıb.
Bir qədər əvvəl Fransa lideri ilə görüşdə Conson bildirib ki, hazırkı mərhələdə Ukraynadakı münaqişənin həlli cəhdləri yalnız dünyada qeyri-sabitliyin qorunmasına və Moskvanın mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.
Conson və Makron Almaniyanın cənubundakı Elmau qəsrində Yeddilik Qrupu (G7) başçılarının görüşündə iştirak edirlər.
Üç gün davam edəcək danışıqların əsas mövzusunun Ukraynadakı vəziyyət və anti-Rusiya sanksiyalarının nəticələri olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.