https://sputnik.az/20220626/azerbaycan-rusiya-serhedindeki-bu-kecid-menteqesinde-buraxilis-qabiliyyeti-artirilacaq-443369021.html
Azərbaycan-Rusiya sərhədindəki bu keçid məntəqəsində buraxılış qabiliyyəti artırılacaq
Azərbaycan-Rusiya sərhədindəki bu keçid məntəqəsində buraxılış qabiliyyəti artırılacaq
Sputnik Azərbaycan
Məlumatda bildirilib ki, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan... 26.06.2022, Sputnik Azərbaycan
2022-06-26T15:28+0400
2022-06-26T15:28+0400
2022-06-26T15:28+0400
rusiya
azərbaycan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698904_0:0:3073:1728_1920x0_80_0_0_29b6af63cadcc4ff092800a68d9eb1b6.jpg
BAKI, 26 iyun - Sputnik. Azərbaycan-Rusiya sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar keçid məntəqəsinin buraxılış qabiliyyəti 3 dəfə artırılacaq.Bu barədə Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək.Keçid məntəqəsinin yenidən qurulması sutkada 500 nəqliyyat vasitəsinin ötürmə qabiliyyəti saxlanılmaqla iki birləşmiş texnoloji mərhələdə aparılır.İşlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra, layihəyə əsasən, məntəqənin keçid qabiliyyəti sutkada 1 400 nəqliyyat vasitəsinə və 4 000 nəfərə qədər artacaq.Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır.Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698904_0:0:2731:2048_1920x0_80_0_0_1ed3410f193493b2df6504bb65f66cf2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, sərhəd
Azərbaycan-Rusiya sərhədindəki bu keçid məntəqəsində buraxılış qabiliyyəti artırılacaq
Məlumatda bildirilib ki, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək.
BAKI, 26 iyun - Sputnik. Azərbaycan-Rusiya sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar keçid məntəqəsinin buraxılış qabiliyyəti 3 dəfə artırılacaq.
Bu barədə Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək.
Keçid məntəqəsinin yenidən qurulması sutkada 500 nəqliyyat vasitəsinin ötürmə qabiliyyəti saxlanılmaqla iki birləşmiş texnoloji mərhələdə aparılır.
İşlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra, layihəyə əsasən, məntəqənin keçid qabiliyyəti sutkada 1 400 nəqliyyat vasitəsinə və 4 000 nəfərə qədər artacaq.
Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır.
Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.