https://sputnik.az/20220625/bakidan-susaya-elave-avtobus-reysi-acilacaq-443344971.html
Bakıdan Şuşaya əlavə avtobus reysi açılacaq
Bakıdan Şuşaya əlavə avtobus reysi açılacaq
Sputnik Azərbaycan
Şuşa, Ağdam və Füzuli istiqamətində iyula olan biletlər satışa çıxarılacaq. 25.06.2022, Sputnik Azərbaycan
2022-06-25T18:12+0400
2022-06-25T18:12+0400
2022-06-25T18:12+0400
qarabağ
şuşa
füzuli
ağdam
bakı
marşrut
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945086_0:103:2000:1228_1920x0_80_0_0_a4de1a0783982300f7da670421df0f62.jpg
BAKI, 25 iyun - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya əlavə avtobus reysinin açılmasına qərara verib.Bu barədə nazirlikdən məlumat verilib.Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edəcəklər.Həmçinin, iyunun 27-də, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayına olan biletlər satışa çıxarılacaq.Məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər.Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər peşəkar bələdçinin müşayiəti ilə tarixi, mədəni və dini abidələri ziyarət edirlər.Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi iyunun 25-də həyata keçirilib. Ümumilikdə işğaldan azad edilmiş ərazilərə bu günədək 206 səfər təşkil olunub, 8 857 nəfər Qarabağ bölgəsini ziyarət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945086_114:0:1887:1330_1920x0_80_0_0_87f1cda3abf08335acf6d7d3050883ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, füzuli, ağdam, bakı, marşrut
şuşa, füzuli, ağdam, bakı, marşrut
Bakıdan Şuşaya əlavə avtobus reysi açılacaq
Şuşa, Ağdam və Füzuli istiqamətində iyula olan biletlər satışa çıxarılacaq.
BAKI, 25 iyun - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya əlavə avtobus reysinin açılmasına qərara verib.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edəcəklər.
Həmçinin, iyunun 27-də, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayına olan biletlər satışa çıxarılacaq.
Məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı
www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər.
Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər peşəkar bələdçinin müşayiəti ilə tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi iyunun 25-də həyata keçirilib. Ümumilikdə işğaldan azad edilmiş ərazilərə bu günədək 206 səfər təşkil olunub, 8 857 nəfər Qarabağ bölgəsini ziyarət edib.