https://sputnik.az/20220624/susada-ilk-yasayis-binalarini-tikecek-sirket-belli-oldu-443292766.html
Şuşada ilk yaşayış binalarını tikəcək şirkət bəlli oldu
Şuşada ilk yaşayış binalarını tikəcək şirkət bəlli oldu
Sputnik Azərbaycan
Azərbaycanın mədəniyyət paytaxtında evlər inşa edilərkən Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T16:13+0400
2022-06-24T16:13+0400
2022-06-24T16:13+0400
şuşa
qarabağ
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741465_0:115:1920:1195_1920x0_80_0_0_5bacf842d4622de7638149b61994ba0c.jpg
BAKI, 24 iyun — Sputnik. Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən xəbər görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "CONCO" QSC ilə müqavilə bağlanıb.Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.Xatırladaq ki, Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib ki, birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Üç, dörd və beşmərtəbəli yaşayış binaları inşa olunacaq ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar: "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741465_88:0:1833:1309_1920x0_80_0_0_e5e2a73d1cceff4f3afd6efc74eb13bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşa
Şuşada ilk yaşayış binalarını tikəcək şirkət bəlli oldu
Azərbaycanın mədəniyyət paytaxtında evlər inşa edilərkən Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq.
BAKI, 24 iyun — Sputnik. Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən xəbər görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "CONCO" QSC ilə müqavilə bağlanıb.
Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.
Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.
Xatırladaq ki, Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib ki, birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Üç, dörd və beşmərtəbəli yaşayış binaları inşa olunacaq ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar: "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.