https://sputnik.az/20220624/sergey-lavrov-sehidler-xiyabanini-ziyaret-edib-443275829.html
Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edib
Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edib
Sputnik Azərbaycan
Rusiya XİN başçısı Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən... 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T11:45+0400
2022-06-24T11:45+0400
2022-06-24T12:15+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
şəhidlər xiyabanı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443276852_0:132:1280:852_1920x0_80_0_0_48d122a59a0c8891f602b13347c4d397.jpg
BAKI, 24 iyun — Sputnik. Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.Rusiyanın xarici işlər naziri "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.Xatırladaq ki, Rusiya XİN rəhbəri ötən gün Azərbaycana rəsmi səfərə gəlib. O, Bakıya İranın paytaxtı Tehrandan gəlib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.Görüş ərzində ikitərəfli və regional müstəvidə maraq doğuran məsələlər müzakirə olunub.Sergey Lavrov bildirib ki, Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırdırlar: "Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi"nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443276852_131:0:1267:852_1920x0_80_0_0_90627c6a6977da33f845706d791f6fde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, şəhidlər xiyabanı
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, şəhidlər xiyabanı
Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edib
11:45 24.06.2022 (Yenilənib: 12:15 24.06.2022) Rusiya XİN başçısı Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.
BAKI, 24 iyun — Sputnik. Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.
Rusiyanın xarici işlər naziri "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Xatırladaq ki, Rusiya XİN rəhbəri ötən gün Azərbaycana rəsmi səfərə gəlib. O, Bakıya İranın paytaxtı Tehrandan gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Görüş ərzində ikitərəfli və regional müstəvidə maraq doğuran məsələlər müzakirə olunub.
Sergey Lavrov bildirib ki, Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırdırlar: "Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir.
Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi"nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.