Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada təyyarə qəzası olub, 4 nəfər ölüb

© Sputnik Viktor Tolochko / Mediabanka keçidТяжёлый военно-транспортный самолёт Ил-76, фото из архива
Тяжёлый военно-транспортный самолёт Ил-76, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Belqorod-Orenburq reysi ilə uçan “İl-76” tipli təyyarə texniki nasazlığa görə kənar əraziyə eniş edib.
BAKI, 24 iyun - Sputnik. Rusiyanın Ryazan vilayətində “İL-76” tipli təyyarə qəzaya uğrayıb.
Bu barədə TASS Rusiya FHN-in regional bplməsinə istinadla məlumat yayıb.
Bildirilir ki, saat 03.18-də (Bakı vaxtı ilə 04.18) Ryazan şəhərində təyyarənin yerə çırpılmasına dair məlumat daxil olub.
Qəza zamanı təyyarədə 10 nəfər olub. Qəza nəticəsində 4 nəfər həlak olub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Belqorod-Orenburq reysi ilə uçan “İl-76” tipli təyyarə texniki nasazlığa görə kənar əraziyə eniş edib. Sərt eniş nəticəsində hava gəmisi zədələnib.
Məlumata əsasən, təyyarə qəzasına mühərrikin alışması səbəb olub.
Xəbər lenti
0