Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin “illik birbaşa xətt”i bir qədər gec keçiriləcək

© Sputnik / Sergey Guneev / Mediabanka keçidPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentin illik birbaşa xəttinin keçirilməsi ictimaiyyət tərəfindən tələb olunur.
BAKI, 24 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik canlı yayıma çıxışı bir qədər gec baş tutacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, prezidentin illik birbaşa xəttinin keçirilməsi ideyası var. Bu, ictimaiyyət tərəfindən tələb olunur. Lakin tədbir bir az gec baş tutacaq.
"Birbaşa xətt - mütləq olacaq. Bu, unudulmayıb, üstəlik, tələb olunur. Hazırda prezidentin çoxlu mühüm tədbirləri var. Buna görə də, bir az gec olacaq. Amma bu, mütləq olacaq", - deyə Peskov bildirib.
Bu yaxınlarda Peskov bildirib ki, prezidentin rusiyalılarla bu formatda ünsiyyəti iyuldan tez baş tutmayacaq. Dəqiq tarix müəyyən edilməsə də, müntəzəm hazırlıqlar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0