Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda 16 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

© Baku Transport Agencyavtobus
avtobus - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Binəqədi şosesi-"Azadlıq" m/st istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.
BAKI, 24 iyun — Sputnik. Bu gün səhər pik saatlarında paytaxtın bəzi küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Vahid Dispetçer Xidmətinin məlumatına görə, Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.
Həmçinin, Binəqədi şosesi-"Azadlıq" m/st istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0