Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: Qərb siyasətçilərinin keyfiyyəti durmadan aşağı düşür

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidDmitri Medvedev
Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Avropa liderləri axmaq seçki tapşırıqları ilə məhdudlaşırlar.
BAKI, 23 iyun — Sputnik. "Qərbin siyasətində işıq görünmür, siyasətçilərin keyfiyyəti durmadan aşağı düşür". Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Təəssüf ki, hələlik heç bir işıq görünmür. Bu, təkcə Qərb dünyası üçün deyil, həm də bizim Rusiya üçün problemlər yaradır. Siyasətçilərin səviyyəsi durmadan aşağı düşür. Vladimir Putinin qeyd etdiyi kimi, Mahatma Qandinin ölümündən sonra orada danışacaq heç kim yoxdur", – deyə Medvedev Teleqram kanalında yazıb.
O, qeyd edib ki, Avropa liderləri axmaq seçki tapşırıqları ilə məhdudlaşır, ABŞ liderlərinin yeni dalğası isə təzə ideyalar və mental sabitliklə fərqlənmir:

"Onlar gələcək haqqında düşünmürlər. Onlar yalnız öz axmaq seçki tapşırıqları ilə məhdudlaşırlar. ABŞ liderlərinin yeni dalğası da təzə ideyalar və əqli sabitliklə fərqlənmirlər. Bu, belə də da davam edəcək".

Onun fikrincə, Avropa siyasətinin cırlaşması problemi onun ABŞ solistləri üçün sönük bek-voka çevrilməsi ilə bağlıdır.
"Avropa siyasətinin pisləşməsi problemi ilk növbədə onun ABŞ solistlərinin sönük bek-vokalına çevrilməsi ilə bağlıdır. Şarl de Qoll istənilən ABŞ prezidentinə etiraz edə bilərdi. Bəs indi hansı avropalı əl sıxmadan bunu edəcək?" - Medvedev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0