https://sputnik.az/20220623/lavrov-bakida-neleri-muzakire-ede-biler---ekspert-reyi-443235944.html
Lavrov Bakıda nələri müzakirə edə bilər - ekspert rəyi
Lavrov Bakıda nələri müzakirə edə bilər - ekspert rəyi
Sputnik Azərbaycan
Sputnik Azərbaycan-ın həmsöhbəti Rusiya XİN rəhbərinin Azərbaycana səfərinin mümkün gündəliyindən danışıb. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T11:39+0400
2022-06-23T11:39+0400
2022-06-23T11:39+0400
rusiya
sergey lavrov
azərbaycan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442724033_0:158:3079:1890_1920x0_80_0_0_b85eae8cb6ec31092add7dd6060d5a36.jpg
BAKI, 23 iyun — Sputnik. Politoloq Sahil İsgəndərov Sputnik Azərbaycan-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfəri mövzusunu şərh edərkən bildirib ki, Azərbaycanın diplomatik və hərbi-siyasi səyləri, Rusiyanın Türkiyə ilə birgə hərəkətləri son nəticədə 30 ildir davam edən münaqişəyə son qoya və regionda yeni geosiyasi reallıq yarada bildi.O qeyd edib ki, bu gün iki ölkənin xarici əlaqələr idarələrinin rəhbərləri olan Sergey Lavrov və Ceyhun Bayramovun müzakirələri üçün çox sayda suallar yığılıb."Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə "3+3" formatında fəal iştirak edərək Cənubi Qafqazda yeni yaranan geosiyasi konfiqurasiyaların memarlarından biridir. Bu baxımdan dövlətlərimizin həmişə, demək olar ki, hər gün müzakirə edəcəyi nələrisə var. Xüsusilə, bildiyiniz kimi, Rusiya postsovet məkanında inteqrasiya prosesləri baxımından çox fəallaşıb", - deyə İsgəndərov bildirib.Onun sözlərinə görə, məhz Azərbaycanın diplomatik və hərbi-siyasi səyləri, Rusiya-Türkiyə birgə addımları sayəsində 30 ildir davam edən münaqişəyə, nəhayət, son qoyulub."Bu gün Rusiya regionda, xüsusən də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması proseslərində fəal iştirak edir", - deyə politoloq bildirib.Ekspert xatırladıb ki, Lavrovun bu yaxınlarda Türkiyə və Ermənistana səfərləri olub və o, yəqin ki, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması məsələsini qaldırıb:O, rəsmi Ankaranın Ermənistanla sərhədlərin açılması məsələsinin yalnız Yerevanın Bakı ilə münasibətlərin normallaşdırılması məsələsində konstruktiv mövqe tutmasından sonra həll oluna biləcəyi barədə bəyanatlarını xatırladıb."Düşünürəm ki, Lavrovun səfəri məhz bununla bağlı olacaq", - deyə mütəxəssis sözünə davam edib.İsgəndərov qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri heç bir hadisədən asılı deyil və heç bir hadisəyə əsaslanmır, bu münasibətlər öz-özünə mövcuddur: "Rusiya rəhbərliyi bununla bağlı dəfələrlə Azərbaycana minnətdarlığını bildirib, onun ittifaq əlaqələri vasitəsilə Moskva ilə tərəfdaş olan etibarlı, rahat və sadiq bir dövlət olduğunu göstərib".Bununla yanaşı, o, Rusiyanın Azərbaycanın taxıl ixracının məhdud olduğu ölkələr sırasından çıxarılmasını alqışlayıb."Bu, siyasət, iqtisadiyyat, maliyyə baxımından respublika ilə münasibətlərin yüksək qiymətləndirilməsinin sübutudur", - deyə ekspert vurğulayıb."Status" ətrafında spekulyasiyalarBu yaxınlarda keçirilən Qlobal Bakı Forumu zamanı Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında yaranmış vəziyyəti və Qarabağın "statusu" ilə bağlı spekulyasiya etmək cəhdlərini hərtərəfli izah edib."Bəlkə" - bu, Ermənistan hakimiyyətinin çoxillik ənənəvi taktikasıdır – xatırladım ki, bu yaxınlarda Ermənistanın eks-prezidenti Robert Köçəryan demişdi ki, ölkə 30 ildir ki, Qarabağla bağlı dünya birliyinin "beynini doldurur". Məsələn, onlar Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini imitasiya edərək, sadəcə olaraq, status-kvonu sonsuzluğa qədər uzatmaq üçün vaxt qazandılar", - deyə İsgəndərov izah edib.Onun fikrincə, Ermənistanın indiki hakimiyyəti absurd təkliflər və iddialarla post-münaqişə şəraitində münasibətlərin normallaşması prosesini daha 30 il müddətinə ləngitməyə çalışır."Ən maraqlısı odur ki, Ermənistan "status" məsələsini məhz Brüsseldəki üçtərəfli görüşdən sonra qaldırıb", - deyən ekspert vurğulayıb ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə Qarabağın "status"u ilə bağlı hətta bir işarə belə yoxdur.Rusiya fəallıq nümayiş etdirməlidirPolitoloq hesab edir ki, prosesi sürətləndirməkdən ötrü Rusiya Ermənistanı üçtərəfli bəyanatın bütün bəndlərinə əməl etməyə inandırmaq üçün siyasi iradə nümayiş etdirməlidir, əks halda o, təşəbbüsü itirəcək."Niyə öz qələbə çələnginizi başqalarına verirsiniz?" sualını verən İsgəndərov qeyd edib ki, məhz üçtərəfli bəyanatın müddəalarının dəqiq və qeyd-şərtsiz icrası regionda sülhə zəmanət verə bilər.Təhlilçi, həmçinin, ehtimal edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşmasına mane olan amil regiondakı oyunçuların geosiyasi mübarizəsidir."Qarabağ problemi sünidir, əvvəldən düşünülüb və kənar oyunçular tərəfindən Azərbaycanda "tətbiq edilib". 30 il ərzində Bakıya münaqişəni həll etmək, bu "Qordi düyünü"nü kəsmək imkanı verilməyib. Təbii ki, bu münaqişəni yaradan qüvvələr onun sonunu qəbul etməyəcək, vəziyyətin normallaşmasına daim mane olacaqlar", - deyən İsgəndərov belə hesab edir.Eyni zamanda o qeyd edir ki, bu prosesləri sürətləndirmək olar: "Rusiya bu məsələnin əsas moderatoru olduğundan və Qərb bu statusa etiraz etmək istədiyindən, hesab edirəm ki, Moskvanın bu məsələdə Qərbdən daha çox məsuliyyəti var. Rusiya bu məsələlərin həllində tələsməlidir".Eyni zamanda, o qeyd edib ki, ümidsizliyə qapılmaq və ya problemin tezliklə həll ediləcəyini gözləmək lazım deyil."Azərbaycan münaqişənin həlli üçün başqaları ilə birlikdə regional konyuktura yarada bildi. İndi bizdən bu xəttin davam etdirilməsi, bütün kommunikasiyaların blokdan çıxarılması, sərhədin delimitasiyası və demarkasiyası, dövlətlərarası münasibətlərin hərtərəfli normallaşması üçün 3+3 formatında siyasi şərait yaradılması tələb olunur. Səbrli olmaq lazımdır", - deyə İsgəndərov sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442724033_175:0:2904:2047_1920x0_80_0_0_9978c65774a79a9cde0acc70e3c500a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəfər Ağadadaşev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438910630_0:0:354:355_100x100_80_0_0_65d9ad796e98055f7e4a084b33c5f84c.jpg
sergey lavrov, azərbaycan, səfər
sergey lavrov, azərbaycan, səfər
Lavrov Bakıda nələri müzakirə edə bilər - ekspert rəyi
Sputnik Azərbaycan-ın həmsöhbəti Rusiya XİN rəhbərinin Azərbaycana səfərinin mümkün gündəliyindən danışıb.
BAKI, 23 iyun — Sputnik. Politoloq Sahil İsgəndərov Sputnik Azərbaycan-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfəri mövzusunu şərh edərkən bildirib ki, Azərbaycanın diplomatik və hərbi-siyasi səyləri, Rusiyanın Türkiyə ilə birgə hərəkətləri son nəticədə 30 ildir davam edən münaqişəyə son qoya və regionda yeni geosiyasi reallıq yarada bildi.
O qeyd edib ki, bu gün iki ölkənin xarici əlaqələr idarələrinin rəhbərləri olan Sergey Lavrov və Ceyhun Bayramovun müzakirələri üçün çox sayda suallar yığılıb.
"Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə "3+3" formatında fəal iştirak edərək Cənubi Qafqazda yeni yaranan geosiyasi konfiqurasiyaların memarlarından biridir. Bu baxımdan dövlətlərimizin həmişə, demək olar ki, hər gün müzakirə edəcəyi nələrisə var. Xüsusilə, bildiyiniz kimi, Rusiya postsovet məkanında inteqrasiya prosesləri baxımından çox fəallaşıb", - deyə İsgəndərov bildirib.
Onun sözlərinə görə, məhz Azərbaycanın diplomatik və hərbi-siyasi səyləri, Rusiya-Türkiyə birgə addımları sayəsində 30 ildir davam edən münaqişəyə, nəhayət, son qoyulub.
"Bu gün Rusiya regionda, xüsusən də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması proseslərində fəal iştirak edir", - deyə politoloq bildirib.
Ekspert xatırladıb ki, Lavrovun bu yaxınlarda Türkiyə və Ermənistana səfərləri olub və o, yəqin ki, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması məsələsini qaldırıb:
"Hesab edirəm ki, XİN rəhbəri Azərbaycanın siyasi rəhbərliyi ilə bu səfərlər zamanı formalaşdırdığı ideyaların konturlarını müzakirə edəcək".
O, rəsmi Ankaranın Ermənistanla sərhədlərin açılması məsələsinin yalnız Yerevanın Bakı ilə münasibətlərin normallaşdırılması məsələsində konstruktiv mövqe tutmasından sonra həll oluna biləcəyi barədə bəyanatlarını xatırladıb.
"Düşünürəm ki, Lavrovun səfəri məhz bununla bağlı olacaq", - deyə mütəxəssis sözünə davam edib.
İsgəndərov qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri heç bir hadisədən asılı deyil və heç bir hadisəyə əsaslanmır, bu münasibətlər öz-özünə mövcuddur: "Rusiya rəhbərliyi bununla bağlı dəfələrlə Azərbaycana minnətdarlığını bildirib, onun ittifaq əlaqələri vasitəsilə Moskva ilə tərəfdaş olan etibarlı, rahat və sadiq bir dövlət olduğunu göstərib".
Bununla yanaşı, o, Rusiyanın Azərbaycanın taxıl ixracının məhdud olduğu ölkələr sırasından çıxarılmasını alqışlayıb.
"Bu, siyasət, iqtisadiyyat, maliyyə baxımından respublika ilə münasibətlərin yüksək qiymətləndirilməsinin sübutudur", - deyə ekspert vurğulayıb.
"Status" ətrafında spekulyasiyalar
Bu yaxınlarda keçirilən Qlobal Bakı Forumu zamanı Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında yaranmış vəziyyəti və Qarabağın "statusu" ilə bağlı spekulyasiya etmək cəhdlərini hərtərəfli izah edib.
"Bəlkə" - bu, Ermənistan hakimiyyətinin çoxillik ənənəvi taktikasıdır – xatırladım ki, bu yaxınlarda Ermənistanın eks-prezidenti Robert Köçəryan demişdi ki, ölkə 30 ildir ki, Qarabağla bağlı dünya birliyinin "beynini doldurur". Məsələn, onlar Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini imitasiya edərək, sadəcə olaraq, status-kvonu sonsuzluğa qədər uzatmaq üçün vaxt qazandılar", - deyə İsgəndərov izah edib.
Onun fikrincə, Ermənistanın indiki hakimiyyəti absurd təkliflər və iddialarla post-münaqişə şəraitində münasibətlərin normallaşması prosesini daha 30 il müddətinə ləngitməyə çalışır.
"Ən maraqlısı odur ki, Ermənistan "status" məsələsini məhz Brüsseldəki üçtərəfli görüşdən sonra qaldırıb", - deyən ekspert vurğulayıb ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə Qarabağın "status"u ilə bağlı hətta bir işarə belə yoxdur.
Rusiya fəallıq nümayiş etdirməlidir
Politoloq hesab edir ki, prosesi sürətləndirməkdən ötrü Rusiya Ermənistanı üçtərəfli bəyanatın bütün bəndlərinə əməl etməyə inandırmaq üçün siyasi iradə nümayiş etdirməlidir, əks halda o, təşəbbüsü itirəcək.
"Niyə öz qələbə çələnginizi başqalarına verirsiniz?" sualını verən İsgəndərov qeyd edib ki, məhz üçtərəfli bəyanatın müddəalarının dəqiq və qeyd-şərtsiz icrası regionda sülhə zəmanət verə bilər.
Təhlilçi, həmçinin, ehtimal edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşmasına mane olan amil regiondakı oyunçuların geosiyasi mübarizəsidir.
"Qarabağ problemi sünidir, əvvəldən düşünülüb və kənar oyunçular tərəfindən Azərbaycanda "tətbiq edilib". 30 il ərzində Bakıya münaqişəni həll etmək, bu "Qordi düyünü"nü kəsmək imkanı verilməyib. Təbii ki, bu münaqişəni yaradan qüvvələr onun sonunu qəbul etməyəcək, vəziyyətin normallaşmasına daim mane olacaqlar", - deyən İsgəndərov belə hesab edir.
Eyni zamanda o qeyd edir ki, bu prosesləri sürətləndirmək olar: "Rusiya bu məsələnin əsas moderatoru olduğundan və Qərb bu statusa etiraz etmək istədiyindən, hesab edirəm ki, Moskvanın bu məsələdə Qərbdən daha çox məsuliyyəti var. Rusiya bu məsələlərin həllində tələsməlidir".
Eyni zamanda, o qeyd edib ki, ümidsizliyə qapılmaq və ya problemin tezliklə həll ediləcəyini gözləmək lazım deyil.
"Azərbaycan münaqişənin həlli üçün başqaları ilə birlikdə regional konyuktura yarada bildi. İndi bizdən bu xəttin davam etdirilməsi, bütün kommunikasiyaların blokdan çıxarılması, sərhədin delimitasiyası və demarkasiyası, dövlətlərarası münasibətlərin hərtərəfli normallaşması üçün 3+3 formatında siyasi şərait yaradılması tələb olunur. Səbrli olmaq lazımdır", - deyə İsgəndərov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.