Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Biz ümid edirik ki, Vaşinqton rasional seçim edəcək - Lavrov

© SputnikRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, hazırda Rusiya və İran planı imzalayan digər iştirakçılarla birlikdə Birləşmiş Ştatların buraxdığı səhvi düzəltmək üçün səy göstərirlər.
BAKI, 23 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranda səfərdədir. İyunun 23-də Rusiyanın xarici işlər naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə danışıqlar aparıb.
İranla bağlı nüvə sazişi
Sergey Lavrov bildirib ki, Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA - İranın nüvə proqramı üzrə saziş) ilkin konfiqurasiyasına - 2015-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildiyi kimi bərpa olunmasına nail olmağa çalışacaq.
"Biz səy göstərəcəyik ki, JCPOA heç bir istisnasız, heç bir əlavə edilmədən, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq edildiyi kimi müstəsna olaraq orijinal konfiqurasiyasında bərpa edilsin. JCPOA-ya zidd olan bütün bu qanunsuz anti-İran sanksiyaları ləğv edilsin. Biz ümid edirik ki, Vaşinqton rasional seçim edəcək, baxmayaraq ki, buna əminlik yoxdur", - Lavrov Abdullahianla danışıqlardan sonra deyib.
O vurğulayıb ki, danışıqlar zamanı İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə birgə hərtərəfli fəaliyyət planı da müzakirə edilib: "Hazırda Rusiya və İran planı imzalayan digər iştirakçılarla birlikdə Birləşmiş Ştatların buraxdığı səhvi düzəltmək üçün səy göstərirlər. ABŞ bu sövdələşmədən çıxdıqda, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsindən də geri çəkilib".
Sanksiyalar fonunda əməkdaşlıq
Rusiyalı nazir qeyd edib ki, Rusiya ilə İran arasında əməkdaşlığın yaxşı perspektivləri var və bu gün iki ölkənin hətta sanksiyalar şəraitində də enerji sektorunda işləməyə imkan verən sxemləri var:

"Rusiya və İran arasında enerji sahəsində əməkdaşlığın həm zəngin tarixi, həm də yaxşı perspektivləri var. İkitərəfli əməkdaşlığa gəlincə, biz həmişə bu sahədə ABŞ və onun peyklərinin qanunsuz davranışları səbəbindən yaranan problemlərin həlli yollarını tapmışıq. İranın enerji sektorunun inkişafına hər cür mane olmağa çalışan dövlətlər və indiki mərhələdə Rusiyanın neft və qaz hasilatı sektoru ilə bağlı da eyni şeyi etməyə çalışırlar".

O vurğulayıb ki, bu gün Rusiya və İran tərəfindən nəzərdən keçirilən və artıq kifayət qədər konkret istiqamətləri olan ikitərəfli planlar heç kimin qeyri-qanuni birtərəfli müdaxiləsindən asılı olmamağa yönəlib.
"Bizə bu istiqamətdə işləməyə imkan verən etibarlı sxemlər var. Biz İranla birlikdə ənənəvi olaraq neft və qaz bazarının sabitləşdirilməsi üzrə beynəlxalq səylər kontekstində əməkdaşlıq edirik və burada OPEC+ qrupu daxilində İranın gələcək fəaliyyətində maraqlarının təmin edilməsinin zəruriliyi ilə bağlı tam razılıq var", - deyə Rusiya XİN rəhbəri əlavə edib.
Lavrovun sözlərinə görə, Rusiya-İran ticarət əməkdaşlığı rekord səviyyəyə çatır, Qərb ölkələrinin sanksiya təzyiqlərinə baxmayaraq, artım tendensiyası davam edir.
"Ayrı-seçkiliyə baxmayaraq, ötən il ticarət dövriyyəmiz 80%-dən çox rekord artım göstərib və ilk dəfə olaraq 4 milyard dolları ötüb. Bu il həmin tendensiya davam edir və biz bunu dəstəkləmək üçün hər şeyi edəcəyik", - Lavrov bildirib.
İran XİN rəhbəri də qeyd edib ki, Rusiya və İran Qərb sanksiyalarının effektivliyini neytrallaşdırmaq üçün birgə addımlar atacaqlar.
"Rusiya Baş nazirinin müavini cənab Novak nümayəndə heyəti ilə birlikdə İrana səfər etdi. Biz maraqlarımızın müdafiəsi çərçivəsində yaxşı razılaşmalar əldə etmişik. Bu sanksiyaların neytrallaşdırılması kimi bir şeydir. Bu barədə yaxşı razılaşmalar əldə etmişik", - Abdullahian bildirib.
Vizaların ləğvi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qeyd edib ki, İran ilk addım olaraq rusiyalı iş adamları üçün vizaları ləğv etməyə hazırdır.
"Bizim vizaların tam liberallaşdırılması məsələsində yaxşı münasibətlərimiz var. Bu məsələni müzakirə etdik. Biz qarşılıqlı əsasda vizaların ləğvini elan etməyə və lazımi addımları atmağa tam hazır olduğumuzu bildiririk. İlk addım iş adamları üçün viza rejiminin tamamilə aradan qaldırılmasıdır. Biz bunu da müzakirə etdik. Mütəxəssislərimiz bu məsələləri yaxın vaxtlarda yekunlaşdıracaq".
Ərzaq böhranı
Rusiya XİN rəhbərinin sözlərinə görə, Kiyev limanların minalardan təmizlənməsi problemini həll etsəydi, BMT və Türkiyənin Ukrayna taxılının ixracı üzrə səyləri çoxdan uğurlu olardı: "Bunun üçün beynəlxalq koalisiya yaratmaq cəhdləri Qara dəniz regionunun işlərinə yalnız müdaxilə məqsədi daşıyır".
"Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı həyata keçirməsi ilə ərzaq böhranı arasında heç bir əlaqə yoxdur. Bunu artıq ABŞ hökumətinin üzvləri, ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri də etiraf edirlər. Böhran və bu böhran üçün ilkin şərtlər bir neçə il əvvəl yaradılmışdı və o, bu gün və ya dünən başlamayıb. Bir neçə il əvvəl, Qərb ölkələri maliyyə sahəsində çox ehtiyatsız populist siyasət yürütməyə başlamışdılar", - Lavrov bildirib.
Lavrov qeyd edib ki, əgər Ukrayna və onun qərbli ağaları Qara dənizdəki limanların minalardan təmizlənməsi problemini həll etsəydilər, Türkiyə və BMT baş katibinin indi gördüyü işlər çoxdan uğurlu olardı”.
"Bu prosedurların həyata keçirilməsi üçün hansısa beynəlxalq koalisiya təşkil etmək cəhdləri sırf BMT-nin himayəsi altında Qara dəniz regionunun işlərinə qarışmaq məqsədi daşıyır. Biz bunu çox yaxşı görürük. Bu cür sxemləri yığmadan Ukraynalılar tərəfindən Qara dənizin minalanmış limanlarında bağlanmış gəmilərin çıxmasına şərait yaratmaq üçün hər hansı problem yoxdur. Əsas odur ki, bu limanların minalardan tam təmizlənməsi təmin edilsin, ya da gəmilərin sərbəst keçidləri təşkil olunsun. Rusiya bu gəmilərin Bosfor boğazına çatdırılmasının təhlükəsizliyinə zəmanət verir və bu mövzuda Türkiyə ilə anlaşmamız var”, - deyə rusiyalı nazir əlavə edib.
O vurğulayıb ki, Ukraynada qalan taxılla bağlı ümumbəşəri faciə yaratmaq cəhdləri tamamilə vicdansız bir yanaşmadır: "Çünki hamıya yaxşı məlumdur ki, bu taxıl və dənli bitkilər qlobal buğda və digər məhsulların 1%-dən azını təşkil edir. "
“İndi ukraynalıları orada girov kimi saxlanılan xarici gəmiləri azad etməyə məcbur etmək vacibdir və bu problemi Qərbin beynəlxalq qida və gübrə ticarəti siyasəti sahəsində səhv və uğursuzluqlarından yayındırmağa çalışmamaq lazımdır", - deyə Lavrov fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0