Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukrayna tanklarının məhv edilmə görüntülərini yayımlayıb

© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçidKa-52
Ka-52  - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Ka-52 hücum helikopterlərinin zərbələri ilə Ukrayna Silahlı Qüvvələrinə məxsus tankların, tank əleyhinə silahların və digər zirehli texnikanın mövqeləri məhv edilib.
BAKI, 23 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi Ka-52 hücum helikopterlərinin ekipajları tərəfindən Ukrayna Silahlı Qüvvələrinə məxsus zirehli texnikanın məhv edilməsinin görüntülərini yayımlayıb.
Qeyd olunur ki, ordu aviasiyasının pilotları Ukrayna ordu hissələrinin aşkar edilmiş mövqelərinə və möhkəmləndirilmiş məntəqələrinə raket buraxılışları həyata keçirib, zərbələr 5 kilometrdən artıq məsafədən endirilib.
Əməliyyat zamanı möhkəmləndirilmiş ərazidə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələrinə məxsus tankların, tank əleyhinə silahların və digər zirehli texnikanın mövqeləri məhv edilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin Avdeyevkada məktəbi partlatmaqla təxribat törətdiyini bildirmişdi.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0