https://sputnik.az/20220622/zaxarova-sulhun-berpasina-yonelmis-seylerin-bosa-cixarilmasina-imkan-vere-bilmerik-443204804.html
Zaxarova: Sülhün bərpasına yönəlmiş səylərin boşa çıxarılmasına imkan verə bilmərik
Zaxarova: Sülhün bərpasına yönəlmiş səylərin boşa çıxarılmasına imkan verə bilmərik
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə... 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T16:15+0400
2022-06-22T16:15+0400
2022-06-22T16:20+0400
mariya zaxarova
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494458_0:105:2776:1667_1920x0_80_0_0_652487382b49314e9b9ed9582f2eeb0d.jpg
BAKI, 22 iyun — Sputnik. Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı deyib."Buna görə də imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın", - deyə XİN sözçüsü bildirib.Zaxarova vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək."Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasını aktiv şəkildə təşviq etməyə davam edəcək. Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsini alqışlayırıq”, - deyə Zaxarova bildirib.O, iyunun 3-də növbəti görüşün keçirildiyini, tərəflərin bir sıra məsələlərlə bağlı mövqelərini yaxınlaşdırdığını xatırladıb. İyunun 16-17-də PBİF çərçivəsində müzakirələr davam etdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494458_22:0:2753:2048_1920x0_80_0_0_6eb9acef5ebe16ea102ab20a9f7d1f3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova
Zaxarova: Sülhün bərpasına yönəlmiş səylərin boşa çıxarılmasına imkan verə bilmərik
16:15 22.06.2022 (Yenilənib: 16:20 22.06.2022) Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək.
BAKI, 22 iyun — Sputnik. Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı deyib.
"Buna görə də imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın", - deyə XİN sözçüsü bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək.
"Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasını aktiv şəkildə təşviq etməyə davam edəcək. Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsini alqışlayırıq”, - deyə Zaxarova bildirib.
O, iyunun 3-də növbəti görüşün keçirildiyini, tərəflərin bir sıra məsələlərlə bağlı mövqelərini yaxınlaşdırdığını xatırladıb. İyunun 16-17-də PBİF çərçivəsində müzakirələr davam etdirilib.