QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağla bağlı daha bir işçi qrup yaradılır

© AP Photo / Sait Serkan GurbuzMəmurlar
Məmurlar - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda əksini tapıb.
BAKI, 22 iyun — Sputnik. Energetika Nazirliyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı üzrə əlaqələndirici funksiyasını yerinə yetirəcək.
Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda əksini tapıb.
İşğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə əlaqələndirmə və monitorinq üzrə müvafiq işçi qrupun yaradılmasına dair təkliflərini 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planından irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq illər üzrə dövlət büdcəsində vəsait nəzərdə tutulmasına dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması istiqamətində və Tədbirlər Planının əsas icraçıları olduqları tədbirləri üzrə zəruri işlərin görülməsini, Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciəti əsasında lazımi məlumatların təqdim olunmasını təmin etməlidirlər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. Prezident bildirib ki, Qarabağ bölgəsi "yaşıl enerji" zonası kimi dünya üçün bir nümunə olacaq.
Məlum olduğu kimi, Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür.
Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.
Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.
Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.
Qarabağ bölgəsində həmçinin daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.
Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla həyata keçirilir. "Yaşıl enerji" layihələrinə xarici investorların cəlb edilməsi üçün də artıq müəyyən əməli addımlar atılıb.
Xəbər lenti
0