https://sputnik.az/20220622/putin-beynelxalq-ehtiyat-valyutasinin-yaradilmasi-meselesi-uzerinde-is-gedir-443221727.html
Putin: Beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş gedir
Putin: Beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş gedir
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, Rusiyanın işgüzar dairələri BRİKS ölkələrinin biznes qurumları ilə koordinasiyalı şəkildə operativ addımlar atır. 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T21:35+0400
2022-06-22T21:35+0400
2022-06-22T21:18+0400
putin
rusiya
sankt-peterburq
sankt-peterburq beynəlxalq iqtisadi forumu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/443002401_0:0:3072:1728_1920x0_80_0_0_141481d15d27e6846afe350248bd6b99.jpg
BAKI, 22 iyun — Sputnik. BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) valyutaları əsasında beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş gedir. Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS biznes Forum iştirakçılarına təbrikində bildirib."Ölkələrimizin valyuta səbəti əsasında beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş aparılır", - Rusiya lideri deyib.Putin əlavə edib ki, Rusiyanın işgüzar dairələri BRİKS ölkələrinin biznes qurumları ilə koordinasiyalı şəkildə nəqliyyat infrastrukturunun inkişafı, logistik marşrutların yenidən qurulması və yeni istehsal zəncirlərinin yaradılması istiqamətində operativ addımlar atır."Vurğulamaq istərdim ki, Rusiyanın strategiyası dəyişməzdir: ölkəmizin iqtisadi, texnoloji və elmi potensialını gücləndirməklə bütün sadiq tərəfdaşlarla bir-birimizin maraqlarına hörmət, ölkələrin və xalqların bərabərliyi, beynəlxalq hüququn aliliyi və hüquq normaları əsasında açıq işləməyə hazırıq", - Putin bildirib.O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda artıq Rusiya iqtisadiyyatının daha da inkişaf etdirilməsi , xarici biznes üçün rahat şəraitin yaradılması planları barədə ətraflı danışdığını qeyd edib."Sankt-Peterburqa gələn xarici şirkətlərin nümayəndələri və sahibkarlar Rusiya bazarında fəaliyyətlərini davam etdirməyə, yeni şərtlərə uyğunlaşmağa hazır olduqlarını nümayiş etdirdilər. Və təbii ki, biz onlara lazımi yardımı göstərəcəyik", - Rusiya dövlətinin başçısı əlavə edib.
https://sputnik.az/20220615/rusiya-arktika-meseleleri-uzerinde-isleyir---rf-xn-442951506.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/443002401_226:0:2957:2048_1920x0_80_0_0_55166d819130aaf716b894853a0ad052.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, sankt-peterburq, sankt-peterburq beynəlxalq iqtisadi forumu
putin, sankt-peterburq, sankt-peterburq beynəlxalq iqtisadi forumu
Putin: Beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş gedir
Rusiya prezidenti bildirib ki, Rusiyanın işgüzar dairələri BRİKS ölkələrinin biznes qurumları ilə koordinasiyalı şəkildə operativ addımlar atır.
BAKI, 22 iyun — Sputnik. BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) valyutaları əsasında beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş gedir.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS biznes Forum iştirakçılarına təbrikində bildirib.
"Ölkələrimizin valyuta səbəti əsasında beynəlxalq ehtiyat valyutasının yaradılması məsələsi üzərində iş aparılır", - Rusiya lideri deyib.
Putin əlavə edib ki, Rusiyanın işgüzar dairələri BRİKS ölkələrinin biznes qurumları ilə koordinasiyalı şəkildə nəqliyyat infrastrukturunun inkişafı, logistik marşrutların yenidən qurulması və yeni istehsal zəncirlərinin yaradılması istiqamətində operativ addımlar atır.
"Vurğulamaq istərdim ki, Rusiyanın strategiyası dəyişməzdir: ölkəmizin iqtisadi, texnoloji və elmi potensialını gücləndirməklə bütün sadiq tərəfdaşlarla bir-birimizin maraqlarına hörmət, ölkələrin və xalqların bərabərliyi, beynəlxalq hüququn aliliyi və hüquq normaları əsasında açıq işləməyə hazırıq", - Putin bildirib.
O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda artıq Rusiya iqtisadiyyatının daha da inkişaf etdirilməsi , xarici biznes üçün rahat şəraitin yaradılması planları barədə ətraflı danışdığını qeyd edib.
"Sankt-Peterburqa gələn xarici şirkətlərin nümayəndələri və sahibkarlar Rusiya bazarında fəaliyyətlərini davam etdirməyə, yeni şərtlərə uyğunlaşmağa hazır olduqlarını nümayiş etdirdilər. Və təbii ki, biz onlara lazımi yardımı göstərəcəyik", - Rusiya dövlətinin başçısı əlavə edib.