https://sputnik.az/20220622/peskov-rusiya-litvaya-qarsi-cavab-tedbirlerini-nezerden-kecirir-443216911.html
Peskov: Rusiya Litvaya qarşı cavab tədbirlərini nəzərdən keçirir
Peskov: Rusiya Litvaya qarşı cavab tədbirlərini nəzərdən keçirir
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözçüsü bildirib ki, Kalininqrada yüklərin tranzitinə qoyulan məhdudiyyət fundamental sənədlərə ziddir. 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T18:35+0400
2022-06-22T18:35+0400
2022-06-22T19:27+0400
peskov
rusiya
dmitri peskov
litva
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427450072_0:0:3038:1710_1920x0_80_0_0_b956efcce16b7c30fee7db5472a8cc75.jpg
BAKI, 22 iyun — Sputnik. Kalininqrada tranzitin məhdudlaşdırılmasına cavab variantları hələ də müzakirə edilir, Rusiya hökuməti müxtəlif tədbirləri nəzərdən keçirir. TASS xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib."Tədbirlər hazırlanır. Biz hər şeyi diqqətlə ölçüb-biçdikdən sonra məlumat verəcəyik", - deyə o, konkret qərarların hələ də müzakirə olunduğunu bildirib.Kreml sözçüsü qeyd edib ki, müxtəlif tədbirlərdən danışmaq olar."Rusiya Litva tərəfindən Kalininqradın nəqliyyat blokadasına reaksiyanı seçərkən konkret forma və ya vaxta diqqət yetirmir. Əsas odur ki, məhdudiyyətlərə cavab verilsin", - deyə Peskov bildirib."Burada bizim üçün əsas odur ki, bu cür qeyri-dost addımlara cavab verək. Rusiya hökuməti əmindir ki, Litva ərazisindən Kalininqrada yüklərin tranzitinə qoyulan məhdudiyyət fundamental sənədlərə ziddir", - prezidentin mətbuat katibi fikirlərini yekunlaşdırıb.Kremlin nümayəndəsi dəqiqləşdirib ki, söhbət, xüsusilə, 1994-cü ildə Rusiya ilə Avropa İttifaqı arasında bağlanan razılaşmalardan gedir. "Orada 94-cü il müqaviləsi də var, digərləri də", - deyə Rusiya prezidentinin mətbuat katibi qeyd edib.Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında 24 iyun 1994-cü il tarixli sazişə əsasən, ölkələr "gömrük ərazisindən çıxan və ya qarşı tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların öz ərazisindən sərbəst tranzitini" təmin etməlidirlər.O, konkret tədbirlərin hələ də müzakirə olunduğunu təsdiqləyib. "Biz əminik ki, Avropa İttifaqının qəbul etdiyi bu qeyri-qanuni sanksiyalar bu vəziyyətdə tətbiq oluna bilməz. Bu sanksiyaların Kalininqrada tranzitdə tətbiqi sadəcə olaraq fundamental sənədlərə ziddir", - Kreml sözçüsü deyib."Litvanın Kalininqrad vilayətinə yük tranziti məsələsi ilə bağlı hərəkətləri bütün mövcud razılaşmaları pozur. Aİ-nın Rusiya Federasiyasına qarşı sanksiyaları isə bu halda qəbuledilməzdir. Biz əminik ki, Avropa İttifaqının qəbul etdiyi qanunsuz sanksiyalar bu vəziyyətdə qətiyyən mümkün deyil", - deyə Peskov jurnalistlərə bildirib.Litva Dəmir Yolları Kalininqrad vilayətinin Dəmir Yollarını xəbərdar edib ki, onlar iyunun 18-dən Avropanın sanksiyaları səbəbindən Rusiyanın regionlarından bölgəyə bir sıra yüklərin tranzitini məhdudlaşdırıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427450072_307:0:3038:2048_1920x0_80_0_0_a3ed2fb4fdb454696364be06a76b6997.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, litva
peskov, dmitri peskov, litva
Peskov: Rusiya Litvaya qarşı cavab tədbirlərini nəzərdən keçirir
18:35 22.06.2022 (Yenilənib: 19:27 22.06.2022) Rusiya prezidentinin sözçüsü bildirib ki, Kalininqrada yüklərin tranzitinə qoyulan məhdudiyyət fundamental sənədlərə ziddir.
BAKI, 22 iyun — Sputnik. Kalininqrada tranzitin məhdudlaşdırılmasına cavab variantları hələ də müzakirə edilir, Rusiya hökuməti müxtəlif tədbirləri nəzərdən keçirir. TASS xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Tədbirlər hazırlanır. Biz hər şeyi diqqətlə ölçüb-biçdikdən sonra məlumat verəcəyik", - deyə o, konkret qərarların hələ də müzakirə olunduğunu bildirib.
Kreml sözçüsü qeyd edib ki, müxtəlif tədbirlərdən danışmaq olar.
"Rusiya Litva tərəfindən Kalininqradın nəqliyyat blokadasına reaksiyanı seçərkən konkret forma və ya vaxta diqqət yetirmir. Əsas odur ki, məhdudiyyətlərə cavab verilsin", - deyə Peskov bildirib.
"Burada bizim üçün əsas odur ki, bu cür qeyri-dost addımlara cavab verək. Rusiya hökuməti əmindir ki, Litva ərazisindən Kalininqrada yüklərin tranzitinə qoyulan məhdudiyyət fundamental sənədlərə ziddir", - prezidentin mətbuat katibi fikirlərini yekunlaşdırıb.
Kremlin nümayəndəsi dəqiqləşdirib ki, söhbət, xüsusilə, 1994-cü ildə Rusiya ilə Avropa İttifaqı arasında bağlanan razılaşmalardan gedir. "Orada 94-cü il müqaviləsi də var, digərləri də", - deyə Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında 24 iyun 1994-cü il tarixli sazişə əsasən, ölkələr "gömrük ərazisindən çıxan və ya qarşı tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların öz ərazisindən sərbəst tranzitini" təmin etməlidirlər.
O, konkret tədbirlərin hələ də müzakirə olunduğunu təsdiqləyib. "Biz əminik ki, Avropa İttifaqının qəbul etdiyi bu qeyri-qanuni sanksiyalar bu vəziyyətdə tətbiq oluna bilməz. Bu sanksiyaların Kalininqrada tranzitdə tətbiqi sadəcə olaraq fundamental sənədlərə ziddir", - Kreml sözçüsü deyib.
"Litvanın Kalininqrad vilayətinə yük tranziti məsələsi ilə bağlı hərəkətləri bütün mövcud razılaşmaları pozur. Aİ-nın Rusiya Federasiyasına qarşı sanksiyaları isə bu halda qəbuledilməzdir. Biz əminik ki, Avropa İttifaqının qəbul etdiyi qanunsuz sanksiyalar bu vəziyyətdə qətiyyən mümkün deyil", - deyə Peskov jurnalistlərə bildirib.
Litva Dəmir Yolları Kalininqrad vilayətinin Dəmir Yollarını xəbərdar edib ki, onlar iyunun 18-dən Avropanın sanksiyaları səbəbindən Rusiyanın regionlarından bölgəyə bir sıra yüklərin tranzitini məhdudlaşdırıblar.