Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Maduro Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırıb

© Sputnik / Russian Foreign Ministry / Mediabanka keçidMaduro
Maduro  - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Venesuela prezidenti bildirib ki, məhdudlaşdırıcı tədbirlər onu tətbiq edən dövlətləri və dünyanın qalan hissəsini vurub.
BAKI, 22 iyun — Sputnik. Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırıb və deyib ki, onların nəticələri inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərir. Bu barədə TASS məlumat verir.
"Budur, Karakasda bəyan edirəm ki, anti-Rusiya sanksiyaları ləğv edilməlidir. Cənub dövlətlərinin əziyyət çəkdiyi dünyada iqtisadi vəziyyəti normallaşdırmaq lazımdır", - o, Twitter səhifəsində yayımlanan çıxışı zamanı deyib.
Maduro Rusiyaya qarşı sanksiyaları bumeranqla müqayisə edib. Bildirib ki, məhdudlaşdırıcı tədbirlər onu tətbiq edən dövlətləri və dünyanın qalan hissəsini vurub. "Bəziləri bunu Avropa və ABŞ-ın iqtisadi intiharı adlandırır", - deyə o əlavə edib.
"Avropa və ABŞ elitası kar və kordur. Onlar lovğalıqlarına, üstünlük hissinə, Rusiyadan qisas almaq istəyinə görə real vəziyyəti görmək istəmirlər", - deyə Maduro bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Xəbər lenti
0