Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür

© Sputnik Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
 Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər.
BAKI, 22 iyun — Sputnik. Xəzər rayonunun Buzovna qəsəbəsi Bakının qədim yaşayış məskənlərindəndir. Yay aylarının isti günlərdə Xəzər dənizi sahilində yerləşən bu qəsəbəyə şəhərin bütün yerlərindən dəniz sahilində istirahət etmək üçün xeyli sayda sakin və paytaxtımızın qonaqları gəlirlər.
Dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarınin hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib ki, bu da haqlı narazılıqlara səbəb olur. Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.
© Sputnik Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
 Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
Qeyd olunan qanunsuzluqların aradan qaldırılması, eləcə də ölkə başçısı cənab İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədi ilə səhər saatlarından etibarən Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyərlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanılıb. Zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür. Həmçinin kommunal xidmətlərin işçiləri tərəfindən qayalıq ərazilərinin müxtəlif tullantılardan təmizlənməsinə başlanılıb.
© Sputnik Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
 Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
Bildirilib ki, təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaqdır. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub. Xəzər dənizi Azərbaycan xalqına bəxş edilmiş bir nemətdir və onu qorumaq hər birimizin borcudur.
Qanunla dənizin 20-50 metr sahili tutula bilməz!
© Sputnik Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
 Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
Qeyd edək ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.
© Sputnik Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
 Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.
Məlumat üçün onu da qeyd edək ki, sahilboyu ərazilərin zəbt olunmasının, hasarlanmasının qarşısını almaq rayon icra hakimiyyətlərinin üzərinə düşür.
Xəbər lenti
0