QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad olunan ərazilərdə flora və faunanın mühafizəsi diqqət mərkəzindədir - DİN

© AFP 2024 / OZAN KOSEmeşə
meşə - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
İşğaldan azad olunan ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir
BAKI, 22 iyun — Sputnik. İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir. Bununla bağlı xüsusi nəzarət tədbirləri həyata keçirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.
Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır: "O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunların hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - Elşad Hacıyev qeyd edib.
Xəbər lenti
0