Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Volodin: NATO-nun dəstəyi olmadan onlar bir günün içində dağılacaqlar

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri bildirib ki, Ukraynanın hakim elitası pullarını xarici banklardakı hesablarda saxlayır, ailələri isə Ukraynadan kənardadır.
BAKI, 21 iyun — Sputnik. Ukraynadakı vəziyyət ölkənin hakim elitası üçün növbəti şouya çevrilib, NATO-nun dəstəyi olmadan onlar bir günün içində dağılacaqlar. TASS xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bəyanatlarını şərh edərkən deyib.
Bundan əvvəl Kuleba ARD telekanalının efirində bildirib ki, Kiyevə Qərb silahlarının tədarükü dayansa belə, onun ölkəsi Rusiyaya müqaviməti davam etdirəcək və "kürəklə vuruşacaq".
"NATO silah təchizatını və muzdluları göndərməyi dayandıran kimi, bir sutka ərzində hər biriniz bir tərəfə dağılacaqsınız. Ukraynanın hakim elitası pullarını xarici banklardakı hesablarda saxlayır, ailələri isə Ukraynadan kənardadır. Sizin üçün Ukraynadakı hazırkı vəziyyət digər bir televiziya şousudur. Əgər həyatınızda ilk dəfə əlinizə bel almalı olsanız, o da yalnız poza vermək məqsədilə olacaq", - Dövlət Dumasının spikeri bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Xəbər lenti
0