Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ordusunun ölkənin suveren inkişafı hüququnu müdafiə edir - Putin

© Sputnik / Павел БедняковRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, hazırda Böyük Vətən Müharibəsi qəhrəmanlarının nəvələri və nəticələri bu gün öz Vətənləri uğrunda fədakarlıqla vuruşurlar.
BAKI, 21 iyun — Sputnik. "Rusiya hərbçiləri Rusiya Federasiyasının suveren inkişaf hüququnu müdafiə edir, döyüşçülər əsl qəhrəmanlar kimi hərəkət edirlər". Bu barədə çərşənbə axşamı, iyunun 21-də Rusiya prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.
RF Prezidenti bildirib ki, Rusiyanın bugünkü zabit və əsgərləri, qaliblər nəslinin varisləri, Böyük Vətən Müharibəsi qəhrəmanlarının nəvələri və nəticələri öz Vətənləri uğrunda fədakarlıqla vuruşurlar.

"Xalqımızın şərəfinə. Onlar Suriyada beynəlxalq terrorçulara qarşı döyüşürlər. Donbası neonasistlərdən qoruyurlar. Onlar sülhü, xalqımızın təhlükəsizliyini, Rusiyanın suveren inkişaf hüququnu müdafiə edirlər".

Dövlət başçısı qeyd edib ki, Rusiya Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat zamanı RF hərbçilərinin mərdliklə və peşəkarlıqla real qəhrəmanlar kimi fəaliyyət göstərməsi ilə fəxr edir. Bundan əlavə, müxtəlif millətlərin döyüşçüləri çiyin-çiyinə mübarizə aparırlar.
© AP PhotoRusiya hərbçiləri Ukraynanın Xerson vilayətində, arxiv şəkli
Российский военнослужащий в городе Херсон - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətində, arxiv şəkli
"Rusiyanın böyük yenilməz gücü bu birlikdə, işimizin doğruluğuna inamda, əsgərlərimizin hiss etdiyi o böyük, həqiqi xalq dəstəyindədir", - deyə Rusiya lideri bildirib.
Putin vurğulayıb ki, Rusiya, potensial hərbi təhlükələr və risklər nəzərə alınmaqla, Silahlı Qüvvələri daha da inkişaf etdirəcək, gücləndirəcək və onların döyüş tərkibini təkmilləşdirəcək. O qeyd edib ki, hakimiyyət qoşunları yeni silah sistemləri ilə təchiz etməyə davam edəcək.

"Qoşunların yaxın illərdə və gələcək onilliklərdə ordu və donanmanın döyüş qabiliyyətini müəyyən edəcək yeni silah sistemləri ilə təchiz edilməsi prioritet istiqamətlər sırasındadır", - deyə dövlət başçısı bildirib.

İyunun 9-dakı çıxışında Vladimir Putin dövlət suverenliyinin təmin edilməsinin vacibliyinə də işarə edib. Onun sözlərinə görə, hansısa liderliyə iddialı olmaq üçün hər bir ölkə öz suverenliyini təmin etməlidir. Prezident qeyd edib ki, ölkə ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət olmur.
Mayın 25-də Rusiya lideri qeyd edib ki, Rusiyanın Donbası qorumaq üçün keçirdiyi xüsusi hərbi əməliyyatın bütün iştirakçıları qəhrəmandır və onlara qəhrəman kimi yanaşmaq lazımdır. Putin, həmçinin, xüsusi əməliyyat zamanı həyatlarını riskə atan döyüşçülərə dövlət mükafatları vəd edib.
Bundan əvvəl, mayın 9-da Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin Sparta batalyonunun komandiri, Donbasın mülki əhalisini qorumaq üçün keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş Vladimir Joqinin atasına (çağırış işarəsi Voxa) Rusiya Qəhrəmanı ulduzunu təqdim edib – o, bu mükafata ölümündən sonra layiq görülüb.
Fevralın 24-də Rusiya Donbası qorumaq üçün xüsusi əməliyyata başlayıb. Moskva izah edib ki, xüsusi əməliyyatın vəzifələrinə Ukraynanın demilitarizasiyası və denazifikasiyası daxildir, onun həyata keçirilməsi Rusiyanın təhlükəsizliyini təmin etmək üçün zəruridir. Qərar Ukrayna hərbçilərinin atəşə başlaması nəticəsində regionda vəziyyətin gərginləşməsi fonunda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0