https://sputnik.az/20220621/qerbin-tekce-sifahi-deyil-yazili-beyanatlarina-da-inanmaq-olmaz---patrusev-443159287.html
Qərbin təkcə şifahi deyil, yazılı bəyanatlarına da inanmaq olmaz - Patruşev
Qərbin təkcə şifahi deyil, yazılı bəyanatlarına da inanmaq olmaz - Patruşev
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, idarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək. 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T16:30+0400
2022-06-21T16:30+0400
2022-06-21T16:30+0400
qərb
rusiya
rusiya federasiyası
rusiya prezidenti vladimir putin
nikolay patruşev
litva
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443026561_0:0:2969:1671_1920x0_80_0_0_e4ae2687fcede812212c45babdb79355.jpg
BAKI, 21 iyun — Sputnik. “Vilnüsün Kalininqradın nəqliyyatını blokadaya salmaq qərarına tez vaxtda cavab veriləcəyinə söz verirəm”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.Kalininqradda keçirilən görüşdə o bəyan edib ki, sərhəd bölgəsində vəziyyət NATO-nun Rusiya dövlət sərhədi yaxınlığında hərbi-kəşfiyyat mövcudluğu kontekstində, eləcə də Qərbin misli görünməmiş siyasi, iqtisadi və informasiya təzyiqinin təsiri altında formalaşır:Litva Dəmir Yolları keçən həftə Kalininqrad Dəmir Yoluna bir sıra yüklərin tranzitinin dayandırılması barədə xəbərdar edib. Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443026561_149:0:2878:2047_1920x0_80_0_0_2eee2cfa536ff1b2f01011918ab7e2a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qərb, rusiya federasiyası, rusiya prezidenti vladimir putin, nikolay patruşev, litva, dəmir yolu
qərb, rusiya federasiyası, rusiya prezidenti vladimir putin, nikolay patruşev, litva, dəmir yolu
Qərbin təkcə şifahi deyil, yazılı bəyanatlarına da inanmaq olmaz - Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, idarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək.
BAKI, 21 iyun — Sputnik. “Vilnüsün Kalininqradın nəqliyyatını blokadaya salmaq qərarına tez vaxtda cavab veriləcəyinə söz verirəm”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Kalininqradda keçirilən görüşdə o bəyan edib ki, sərhəd bölgəsində vəziyyət NATO-nun Rusiya dövlət sərhədi yaxınlığında hərbi-kəşfiyyat mövcudluğu kontekstində, eləcə də Qərbin misli görünməmiş siyasi, iqtisadi və informasiya təzyiqinin təsiri altında formalaşır:
"Bunun son nümunəsi Qərb dövlətlərinin təklifi ilə Litvanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, onun ərazisindən böyük bir qrup malların Kalininqrad vilayətinə tranzitini blokadaya almasıdır. Bu nümunə göstərir ki, Qərbin təkcə şifahi deyil, yazılı bəyanatlarına da inanmaq olmaz. Rusiya bu cür düşmənçilik hərəkətlərinə şübhəsiz ki, cavab verəcək. İdarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək. Onların nəticələri Litva əhalisinə ciddi mənfi təsir göstərəcək".
Litva Dəmir Yolları keçən həftə Kalininqrad Dəmir Yoluna bir sıra yüklərin tranzitinin dayandırılması barədə xəbərdar edib. Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.