https://sputnik.az/20220620/rusiyanin-kecmis-dovlet-katibinin-olumu-ile-bagli-arasdirmalar-baslanib-443111456.html
Rusiyanın keçmiş dövlət katibinin ölümü ilə bağlı araşdırmalar başlanıb
Rusiyanın keçmiş dövlət katibinin ölümü ilə bağlı araşdırmalar başlanıb
Sputnik Azərbaycan
Baş Prokurorluqdan bildirilib ki, Gennadi Burbulisin Bakıda hoteldə meyitinin tapılması ilə bağlı araşdırmalara başlanılıb. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T14:09+0400
2022-06-20T14:09+0400
2022-06-20T14:19+0400
rusiya
azərbaycan
dövlət katibi
ölüm
araşdırma
https://cdnn1.img.sputnik.az/img/07e6/06/13/443090909_0:0:3066:1725_1920x0_80_0_0_16466e7a24601b42385945f27894a0ee.jpg
BAKI, 20 iyun — Sputnik. Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda hoteldə meyitinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı hoteldə vəfat edib.G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub.O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/13/443090909_171:0:2900:2047_1920x0_80_0_0_a65ffc0e25170757027dda5926b33260.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, dövlət katibi, ölüm, araşdırma
azərbaycan, dövlət katibi, ölüm, araşdırma
Rusiyanın keçmiş dövlət katibinin ölümü ilə bağlı araşdırmalar başlanıb
14:09 20.06.2022 (Yenilənib: 14:19 20.06.2022) Baş Prokurorluqdan bildirilib ki, Gennadi Burbulisin Bakıda hoteldə meyitinin tapılması ilə bağlı araşdırmalara başlanılıb.
BAKI, 20 iyun — Sputnik. Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda hoteldə meyitinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.
Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı hoteldə vəfat edib.
G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub.
O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.