https://sputnik.az/20220620/peskov-ktmt-nin-ukraynadaki-emeliyyatda-istiraki-meselesine-munasibet-bildirib-443114393.html
Peskov KTMT-nin Ukraynadakı əməliyyatda iştirakı məsələsinə münasibət bildirib
Peskov KTMT-nin Ukraynadakı əməliyyatda iştirakı məsələsinə münasibət bildirib
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi deyib ki, KTMT çox yaxın keçmişdə öz effektivliyini, səmərəliliyini və inkişafa ehtiyacı olduğunu nümayiş etdirib. 20.06.2022, Sputnik Azərbaycan
2022-06-20T15:31+0400
2022-06-20T15:31+0400
2022-06-20T15:37+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ktmt
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427388623_0:0:2641:1486_1920x0_80_0_0_4a590c0d61dd09a433b84f66bdd32414.jpg
BAKI, 20 iyun — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) hərbi qulluqçularının Rusiyanın Ukrayna və Donbasda keçirdiyi xüsusi hərbi əməliyyatda iştirakı nəzərdən keçirilmir. "Gazeta.ru" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov KTMT ölkələrini Qərbin sanksiyalarından qorxmamağa və susmamağa, Ukrayna hadisələri ilə bağlı öz mövqeyini bildirməyə çağırıb. O vurğulayıb ki, Rusiya təşkilatdakı bütün tərəfdaşlarına yardım edib və indi özünün yardıma ehtiyacı olanda "hamı susur". Siyasətçi konkret ölkələrin adını çəkməyib.Xatırladaq ki, iyunun 6-da Yerevanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilib.Mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427388623_0:0:2641:1980_1920x0_80_0_0_aa178b5eb1d2837d8969dfa95f03a639.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, ktmt, ukrayna
Peskov KTMT-nin Ukraynadakı əməliyyatda iştirakı məsələsinə münasibət bildirib
15:31 20.06.2022 (Yenilənib: 15:37 20.06.2022) Rusiya prezidentinin mətbuat katibi deyib ki, KTMT çox yaxın keçmişdə öz effektivliyini, səmərəliliyini və inkişafa ehtiyacı olduğunu nümayiş etdirib.
BAKI, 20 iyun — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) hərbi qulluqçularının Rusiyanın Ukrayna və Donbasda keçirdiyi xüsusi hərbi əməliyyatda iştirakı nəzərdən keçirilmir. "Gazeta.ru" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Yox. Bu seçim nəzərdə tutulmayıb. KTMT-nin əhəmiyyəti böyükdür, KTMT çox yaxın keçmişdə öz effektivliyini, səmərəliliyini və inkişafa ehtiyacı olduğunu nümayiş etdirdi. KTMT xarici siyasət və təhlükəsizlik sahəsində bizim prioritetlərimizdən biridir", - deyə Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov KTMT ölkələrini Qərbin sanksiyalarından qorxmamağa və susmamağa, Ukrayna hadisələri ilə bağlı öz mövqeyini bildirməyə çağırıb. O vurğulayıb ki, Rusiya təşkilatdakı bütün tərəfdaşlarına yardım edib və indi özünün yardıma ehtiyacı olanda "hamı susur". Siyasətçi konkret ölkələrin adını çəkməyib.
Xatırladaq ki, iyunun 6-da Yerevanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilib.
Mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.
Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.