Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı yenidən caz sədalarına bürünəcək

© © Mədəniyyət Nazirliyinin mətbuat xidməti"Cəngi" etno-caz qrupu
Cəngi etno-caz qrupu - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Proqrama Türkiyə, İsveç, ABŞ və digər ölkələrdən müsiqiçilərin rəngarəng ifası daxil edilib.
BAKI, 20 iyun - Sputnik. Bakıdakı Heydər Əliyev Mərkəzinin parkında, açıq havada caz musiqisi pərəstişkarları üçün növbəti sənət bayramı – 4-cü Bakı yay caz günləri keçiriləcək.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festival pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edir.
Festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə həyata keçəcək.
Əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi.
Bu layihə çərçivəsində Aviçai Kohen, Erik Eruffaz, Cekki Terrasson, Stefan Belmondo, Nik Uest kimi bir çox məşhur musiqiçilər Bakıda ilk dəfə çıxış ediblər.
İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.
İyulun 7-də proqram məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək.
Hər iki gün festival səhnəsində həmçinin Azərbaycanın caz qrupları yer alacaq. Konsertlərə giriş sərbəstdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0