Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: 50-dən çox ukraynalı general və zabit öldürülüb

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 19.06.2022
Abunə olmaq
Rusiya hava hücumundan müdafiə sitemləri Nikolayev vilayətinin Çervonnaya Dolina rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub
BAKI, 19 iyun - Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus bir Su-25 hücum təyyarəsini və səkkiz pilotsuz uçuş aparatını vurub.
APA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya MN sözçüsü deyib ki, Rusiya hava hücumundan müdafiə sitemləri ötən sutka ərzində Nikolayev vilayətinin Çervonnaya Dolina rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub: "Bundan başqa Xarkov vilayətinin Şaxter, Dementyevka, Qlubokoe, Zavodı, Çervoni, Xerson vilayətinin Krinitsa, Luqanskın Popasnaya yaşayış məntəqələri və İlan adası ərazilərində Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatı vurulub”.
İqor Konaşenkon ötən gün Rusiyanın "Kalibr" raketləri ilə Dnepropetrovsk vilayətinin Şirokaya Daça yaşayış məntəqəsi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsinə zərbə endirildiyini, nəticədə onlarla general və zabit öldürüldüyünü də bildirib. Onun sözlərinə görə, komanda məntəqəsində həmin vaxt “Aleksandriya” əməliyyat-strateji qoşun qrupunun komanda heyətinin işçi müşavirəsi olub: “Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox general və zabiti, o cümlədən Baş Qərargah, Kaxovka qoşunlar qrupunun komandanlığı, Nikolayev və Zaporojye istiqamətlərində fəaliyyət göstərən aviasiya-hücum qoşunları və birləşmələri məhv edilib”.
Xəbər lenti
0