Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil - RF Prezidenti

© AFP 2024 / OLGA MALTSEVARusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır.
BAKI, 17 iyun — Sputnik. Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır.
"Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə olmamışıq. Ukraynanın hərbi inkişafının əleyhinə olmuşuq, çünki bu, təhlükəsizliyimizi təhdid edir. Amma iqtisadi inteqrasiyaya gəlincə, bu, onların seçimidir”, - Putin deyib.
Rusiya lideri qeyd edib ki, Ukraynanın Aİ-yə qəbulunun məqsədəuyğunluğunu təşkilat müstəqil şəkildə müəyyən edəcək.
Президент РФ Владимир Путин выступает на пленарном заседании юбилейного, XXV Петербургского международного экономического форума - Sputnik Azərbaycan, 1920, 17.06.2022
RUSİYA
Putin: Avropa siyasətçiləri öz əlləri ilə iqtisadiyyatlarına ciddi zərbə vurdular
Xəbər lenti
0