Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyada iqtisadi dinamika stabilləşir

© Sputnik / Максим БогодвидRusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı  - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
RF lideri bildirib ki, Rusiya sözün əsl mənasında kütləvi sanksiyalar paketindən üç ay sonra inflyasiya artımını dayandırıb.
BAKI, 17 iyun — Sputnik. "Rusiya hökuməti ölkədə iqtisadi vəziyyəti addım-addım normallaşdırır, hamı kollektiv və peşəkar şəkildə işləyir". Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya sahibkarları, hakimiyyət orqanları birgə və peşəkar şəkildə çalışıblar, vətəndaşlar həmrəylik və məsuliyyət nümayiş etdiriblər.

"Biz iqtisadi vəziyyəti addım-addım normallaşdırırıq. Əvvəlcə maliyyə bazarlarını, bank sistemini və ticarət şəbəkəsini stabilləşdirdik, müəssisə və şirkətlərin sabitliyini qorumaq üçün iqtisadiyyatı likvidlik və dövriyyə vəsaitləri ilə təmin etməyə başladıq", - deyə RF lideri Forumun plenar iclasında çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, Rusiyada inflyasiya azalmaqda davam edir, iqtisadi dinamika isə stabilləşir.
"Sözün əsl mənasında, kütləvi sanksiyalar paketindən üç ay sonra biz inflyasiya artımını yatırdıq, pik 17,8%-dən sonra indi inflyasiya 16,7%-dir və azalmaqda davam edir. İqtisadi dinamika stabilləşir, dövlətin maliyyə vəziyyəti sabitdir", - deyə Putin bildirib.
RF Prezidenti qeyd edib ki, inflyasiyanın ölkədə hazırkı səviyyəsi yüksəkdir, lakin onun azaldılması istiqamətində işlər davam etdirilir:

"Mən əminəm ki, biz müsbət nəticə əldə edəcəyik".

Daha sonra Putin Rusiyaya qarşı sanksiyaları ağılsızlıq və düşüncəsiz adlandırıb:
"Onların məqsədi Rusiya iqtisadiyyatını bir zərbə ilə alt-üst etmək idi, lakin bu, alınmadı. Bu, həm Qərbdəki rusofobiyanın indiki hücumunun, həm də Rusiyaya qarşı ağılsız sanksiyaların xarakteridir. Dəlicəsinə və mən deyərdim ki, ağılsızcadır. Onların sayı və təsdiqlənmə sürəti heç nə ilə müqayisəyə gəlmir. Hesablama aydın idi: Rusiyanı əzmək... Həyasızcasına bir zərbə ilə, biznes zəncirlərini məhv etməklə, Qərb şirkətlərini Rusiya bazarından zorla geri çağırmaqla, daxili aktivləri dondurmaqla, sənayeyə, maliyyəyə və insanların həyat səviyyəsinə zərbə vurmaqla Rusiya iqtisadiyyatını əzmək. Alınmadı", - deyə Rusiya lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0