https://sputnik.az/20220617/fuzuli-beynelxalq-hava-limanina-direktor-teyin-edilib-443038408.html
Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib
Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib
Sputnik Azərbaycan
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanına direktor təyin olunub. Sözügedən hava limanına Zaur Qasımov təyin olunub 17.06.2022, Sputnik Azərbaycan
2022-06-17T18:19+0400
2022-06-17T18:19+0400
2022-06-17T18:19+0400
füzuli
qarabağ
füzuli beynəlxalq hava limanı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854340_47:0:1750:958_1920x0_80_0_0_0fb2fb85d9fa724655862b71e8bdb645.jpg
BAKI, 17 iyun — Sputnik. Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb.Əmrə əsasən, Zaur Qasımov Füzuli Beynəlxalq Hava Limanının direktoru təyin olunub.Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
https://sputnik.az/20220520/prezident-fuzuli-pese-liseyi-ile-bagli-serencam-imzalayib-442101107.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854340_473:0:1750:958_1920x0_80_0_0_9aec0469fbb5a4df5f5446a3a3a8f7c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
füzuli, füzuli beynəlxalq hava limanı
füzuli, füzuli beynəlxalq hava limanı
Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanına direktor təyin olunub. Sözügedən hava limanına Zaur Qasımov təyin olunub
BAKI, 17 iyun — Sputnik. Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Zaur Qasımov Füzuli Beynəlxalq Hava Limanının direktoru təyin olunub.
Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.
2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.