QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbrayılda minanın partlaması nəticəsində 7 nəfər xəsarət alıb - ANAMA

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər  - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Minatəmizləmə Agentliyininin məlumatına görə, iyunun 1-dən 6-dək ümumilikdə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
BAKI, 17 iyun — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı daha bir məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidməti bildirib ki, bu gün rayon ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan Agentliyin bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
Xəsarət alanlar - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlunun isə sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti sabitdir.
***
İyunun 17-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Nəticədə Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olununub. Hazırda vəziyyəti sabitdir. Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə agentlikdən bildirilib.
Cəbrayıl Rayon Prokurorluğundan "Report"averilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Xatırladaq ki, ötən ay Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Qeyd edək ki, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayının 10-dan bu ilin mayın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 11 555, tank əleyhinə 5 723 mina və 16 041 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 11 666,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0