https://sputnik.az/20220616/zaxarova-abs-terefi-bizimle-elaqe-saxlamayib-442968453.html
Zaxarova: ABŞ tərəfi bizimlə əlaqə saxlamayıb
Zaxarova: ABŞ tərəfi bizimlə əlaqə saxlamayıb
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, saxlanılan muzdluların və məhkəmə hökmü çıxarılanların taleyi ilə bağlı bütün məlumatlar açıqlanır. 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T10:58+0400
2022-06-16T10:58+0400
2022-06-16T10:58+0400
mariya zaxarova
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734663_0:0:2893:1628_1920x0_80_0_0_564f9917462f015cb18cddbf49a8a31d.jpg
BAKI, 16 iyun — Sputnik. Xarkov vilayətində iki muzdlu əsgərin saxlanılması ilə bağlı xəbərlərdən sonra ABŞ tərəfi Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Soloviev Live" proqramında bildirib.O, bu barədə məlumatının olmadığını deyib."Biz saxlanılan muzdluların və məhkəmə hökmü çıxarılanların taleyi ilə bağlı bütün məlumatları açıqlayırıq... Mən bir daha demək istəyirəm ki, bununla bağlı hər hansı əlavə məlumatın olub-olmadığını yoxlayacağam", - deyə Zaxarova bildirib. O, bu məsələ ilə ABŞ tərəfinin Moskvaya müraciət etmədiyini qeyd edib.Bir gün əvvəl Britaniyanın "The Telegraph" qəzeti iki keçmiş ABŞ hərbçisinin – 39 yaşlı Aleksandr Dryuke və 27 yaşlı Endi Hunenin "Xarkov yaxınlığında Rusiya qoşunları ilə şiddətli döyüş" zamanı əsir götürüldüyünü yazıb. Onlar Kiyev tərəfindən döyüşlərə qatılıb. Nəşrin məlumatına görə, bunlar Rusiyada əsir düşən ilk amerikalı hərbçilərdir.Bundan əvvəl "DXR"in Ali Məhkəməsi Ukrayna tərəfində vuruşan Britaniya vətəndaşları Eyden Aslin və Şon Pinner və mərakeşli Saadun Brahim haqqında ölüm hökmü çıxarıb. Əcnəbilər muzdluluqda və "hakimiyyəti ələ keçirməyə və "DXR"in konstitusiya quruluşunu devirməyə yönəlmiş hərəkətlər törətməkdə" təqsirli biliniblər.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734663_0:0:2729:2047_1920x0_80_0_0_79cedffb96bd8ecd5105a8b5c900bcff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova: ABŞ tərəfi bizimlə əlaqə saxlamayıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, saxlanılan muzdluların və məhkəmə hökmü çıxarılanların taleyi ilə bağlı bütün məlumatlar açıqlanır.
BAKI, 16 iyun — Sputnik. Xarkov vilayətində iki muzdlu əsgərin saxlanılması ilə bağlı xəbərlərdən sonra ABŞ tərəfi Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Soloviev Live" proqramında bildirib.
O, bu barədə məlumatının olmadığını deyib.
"Biz saxlanılan muzdluların və məhkəmə hökmü çıxarılanların taleyi ilə bağlı bütün məlumatları açıqlayırıq... Mən bir daha demək istəyirəm ki, bununla bağlı hər hansı əlavə məlumatın olub-olmadığını yoxlayacağam", - deyə Zaxarova bildirib. O, bu məsələ ilə ABŞ tərəfinin Moskvaya müraciət etmədiyini qeyd edib.
Bir gün əvvəl Britaniyanın "The Telegraph" qəzeti iki keçmiş ABŞ hərbçisinin – 39 yaşlı Aleksandr Dryuke və 27 yaşlı Endi Hunenin "Xarkov yaxınlığında Rusiya qoşunları ilə şiddətli döyüş" zamanı əsir götürüldüyünü yazıb. Onlar Kiyev tərəfindən döyüşlərə qatılıb. Nəşrin məlumatına görə, bunlar Rusiyada əsir düşən ilk amerikalı hərbçilərdir.
Bundan əvvəl "DXR"in Ali Məhkəməsi Ukrayna tərəfində vuruşan Britaniya vətəndaşları Eyden Aslin və Şon Pinner və mərakeşli Saadun Brahim haqqında ölüm hökmü çıxarıb. Əcnəbilər muzdluluqda və "hakimiyyəti ələ keçirməyə və "DXR"in konstitusiya quruluşunu devirməyə yönəlmiş hərəkətlər törətməkdə" təqsirli biliniblər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.