https://sputnik.az/20220616/rusiyada-dollara-ve-avroya-qadaga-qoyulmayacaq---merkezi-bankin-sedri-442987988.html
Rusiyada dollara və avroya qadağa qoyulmayacaq - Mərkəzi Bankın sədri
Rusiyada dollara və avroya qadağa qoyulmayacaq - Mərkəzi Bankın sədri
Sputnik Azərbaycan
Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır, MB sədri söyləyib 16.06.2022, Sputnik Azərbaycan
2022-06-16T16:30+0400
2022-06-16T16:30+0400
2022-06-16T16:30+0400
dollar
rusiya
https://cdnn1.img.sputnik.az/img/41648/28/416482861_0:117:3227:1932_1920x0_80_0_0_9c562d63dc63b5066b30c395c3013b59.jpg
BAKI, 16 iyun — Sputnik. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkədə dollar və avronun dövriyyəsinə qadağa qoyulmayacağını deyib.Elvira Nabiullina bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyada dollar və ya avroya qadağa qoyulmasının mümkünlüyü barədə suala cavab verərkən bildirib.Rusiya Mərkəzi Bankının sədri, eyni zamanda, vətəndaşların xarici valyutada olan əmanətlərinin müsadirə edilməyəcəyini deyib.Onun sözlərinə görə, Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır. Lakin Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan dollardan tam imtina etmək niyyəti yoxdur."Dollar və avroya hələ də tələbat var, müəyyən idxal əməliyyatları bu valyutalar vasitəsilə aparılır. Lakin xarici ticarətdə tədricən milli valyuta ilə hesablaşmalara keçid ediləcək", – deyə Rusiya Mərkəzi Bankının sədri vurğulayıb.Qeyd edək ki, bir sıra Qərb ölkələri tərəfindən Moskvaya qarşı tətbiq olunan sanksiyalardan sonra RF Mərkəzi Bankı ölkədə nağd valyutanın dövriyyəsini məhdudlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41648/28/416482861_248:0:2979:2048_1920x0_80_0_0_c009c234ee16ed0f719669f4cf013ffc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar
Rusiyada dollara və avroya qadağa qoyulmayacaq - Mərkəzi Bankın sədri
Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır, MB sədri söyləyib
BAKI, 16 iyun — Sputnik. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkədə dollar və avronun dövriyyəsinə qadağa qoyulmayacağını deyib.
Elvira Nabiullina bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyada dollar və ya avroya qadağa qoyulmasının mümkünlüyü barədə suala cavab verərkən bildirib.
Rusiya Mərkəzi Bankının sədri, eyni zamanda, vətəndaşların xarici valyutada olan əmanətlərinin müsadirə edilməyəcəyini deyib.
Onun sözlərinə görə, Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır. Lakin Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan dollardan tam imtina etmək niyyəti yoxdur.
"Dollar və avroya hələ də tələbat var, müəyyən idxal əməliyyatları bu valyutalar vasitəsilə aparılır. Lakin xarici ticarətdə tədricən milli valyuta ilə hesablaşmalara keçid ediləcək", – deyə Rusiya Mərkəzi Bankının sədri vurğulayıb.
Qeyd edək ki, bir sıra Qərb ölkələri tərəfindən Moskvaya qarşı tətbiq olunan sanksiyalardan sonra RF Mərkəzi Bankı ölkədə nağd valyutanın dövriyyəsini məhdudlaşdırıb.