Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Rusiyanın ÜTT-dən çıxması müzakirə edilmir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Pankin: "Qapını örtmək fikrində deyilik".
BAKI, 16 iyun — Sputnik. Rusiyanın öz təşəbbüsü ilə ÜTT-dan ( Ümumdünya Ticarət təşkilatı) çıxmaq niyyəti yoxdur və onu hüquqi cəhətdən bu təşkilatdan çıxarmaq mümkün deyil.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin cümə axşamı bildirib.
"Bu müzakirə edilmir. Biz hesabladığımız və əldə etdiyimiz faydalar əsasında təşkilata şüurlu şəkildə qoşulmuşuq və qapını örtmək fikrində deyilik", - deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) "İnterfaks" müstəqil xəbər agentliyinin jurnalistinin sualına cavab verib.
Pankin, həmçinin, vurğulayıb ki, "Rusiyanın ÜTT-dan prosessual və hüquqi cəhətdən çıxarılması mümkün deyil".
Xəbər lenti
0