Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Nasistlər ABŞ və bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənir - Səfirlik

© AFP 2024 / MANDEL NGANRusiyanın ABŞ-dakı səfirliyi
Rusiyanın ABŞ-dakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 16.06.2022
Abunə olmaq
Rusiyanın ABŞ-dakı səfirliyinin məlumatında qeyd olunub ki, "kollektiv Qərb" açıq şəkildə insanlıq əleyhinə ideyaları təbliğ edir
BAKI, 16 iyun — Sputnik. Rusiya əsgərləri barəsində "yeni Nürnberq Tribunalı"nın yaradılmasının mümkünlüyü ilə bağlı hər hansı spekulyasiya qəbuledilməzdir və tamamilə yalandır. Bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Rusiya diplomatik missiyasının "Telegram" kanalında dərc edilmiş məlumatda deyilir: "Biz Ukraynada cinayət törətdiyi iddia edilən Rusiya hərbçiləri ilə bağlı "yeni Nürnberq Tribunalı"nın yaradılması ilə bağlı spekulyasiyanı qəbuledilməz hesab edirik.
Səfirlik qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Donbasın mülki əhalisini nasistlərdən qoruyur. Nasistlər də öz növbəsində ABŞ və bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənir. Üstəlik, "kollektiv Qərb" açıq şəkildə insanlıq əleyhinə ideyaları təbliğ edir", - Rusiya diplomatik missiyasından bildirilib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Xəbər lenti
0