https://sputnik.az/20220615/rusiyanin-hava-hucumundan-mudafie-sistemleri-donbasda-ukraynanin-su-25--teyyaresini-vurub-442949980.html
Rusiyanın hava hücumundan müdafiə sistemləri Donbasda Ukraynanın Su-25 təyyarəsini vurub
Rusiyanın hava hücumundan müdafiə sistemləri Donbasda Ukraynanın Su-25 təyyarəsini vurub
Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələri “Kalibr” qanadlı raketləri ilə Lvov vilayətində NATO ölkələrinin Ukraynaya verdiyi silahların sursat anbarını məhv edib. 15.06.2022, Sputnik Azərbaycan
2022-06-15T16:31+0400
2022-06-15T16:31+0400
2022-06-28T11:12+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
nato
lvov
su-25
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442975171_0:0:2200:1239_1920x0_80_0_0_0e36b4be1e7dcb4e153bc161533729f5.jpg
BAKI, 15 iyun - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya məxsus Su-25 hücum təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb."Donetsk Xalq Respublikasının Krasnopolye vilayətində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub", - nazirliyin sözçüsü İqor Konaşenkov çərşənbə günü brifinqdə bildirib.Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri həmçinin Donetsk vilayətinin ərazisində, Xarkov vilayətinin Pavlovka ("DNR"), Balakleya, Malaya Kamışevaxa, Çervonı Şaxtyor yaşayış məntəqələrində, habelə Luqanskın ("LXR") Lisiçansk, Qorskoye və Vasiliyevka yaşayış məntəqələrində Ukraynanın 6 pilotsuz uçuş aparatını və "Uraqan" reaktiv sistemlərinin 12 mərmisini vurub.Bundan əlavə, Konaşenkov Ukrayna hərbi texnikası və hərbçilərinin 24 qruplaşmasına hava zərbələri endirilməsi barədə məlumat verib.Nəticədə 4 ədəd M777 155 mm-lik haubitsa, 10 tank və zirehli texnika, üç "Qrad" tipli RYAS və bir elektron döyüş stansiyası məhv edilib.Rusiya Silahlı Qüvvələri Lvov vilayətində silah anbarını məhv edibKonaşenkov onu da bildirib ki, Rusiya Silahlı Qüvvələri “Kalibr” qanadlı raketlərindən istifadə edərək Lvov vilayətində NATO ölkələrinin Ukraynaya ötürdüyü silahlar üçün sursat anbarını anbarı məhv edib."Lvov vilayətinin Zoloçiv kəndi yaxınlığında “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli raketləri NATO ölkələri tərəfindən Ukraynaya verilən xarici silahların sursat anbarı, o cümlədən 155 millimetrlik M777 haubitsalarını məhv edib”.General onu da bildirib ki, Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri 203 təyyarə, 131 helikopter, 1211 pilotsuz uçuş aparatı, 339 zenit-raket kompleksi, 3558 tank və digər zirehli döyüş texnikası, 524 reaktiv yaylım atəşi sistemi, 1958 ədəd minaatan və artilleriya qurğusunu , o cümlədən 3623 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442975171_272:0:2200:1446_1920x0_80_0_0_cbc43fb1240c4e35b2f3619c0ee872e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, nato, lvov, su-25
rusiya, ukrayna, nato, lvov, su-25
Rusiyanın hava hücumundan müdafiə sistemləri Donbasda Ukraynanın Su-25 təyyarəsini vurub
16:31 15.06.2022 (Yenilənib: 11:12 28.06.2022) Rusiya Silahlı Qüvvələri “Kalibr” qanadlı raketləri ilə Lvov vilayətində NATO ölkələrinin Ukraynaya verdiyi silahların sursat anbarını məhv edib.
BAKI, 15 iyun - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya məxsus Su-25 hücum təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
"Donetsk Xalq Respublikasının Krasnopolye vilayətində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub", - nazirliyin sözçüsü İqor Konaşenkov çərşənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri həmçinin Donetsk vilayətinin ərazisində, Xarkov vilayətinin Pavlovka ("DNR"), Balakleya, Malaya Kamışevaxa, Çervonı Şaxtyor yaşayış məntəqələrində, habelə Luqanskın ("LXR") Lisiçansk, Qorskoye və Vasiliyevka yaşayış məntəqələrində Ukraynanın 6 pilotsuz uçuş aparatını və "Uraqan" reaktiv sistemlərinin 12 mərmisini vurub.
Bundan əlavə, Konaşenkov Ukrayna hərbi texnikası və hərbçilərinin 24 qruplaşmasına hava zərbələri endirilməsi barədə məlumat verib.
Nəticədə 4 ədəd M777 155 mm-lik haubitsa, 10 tank və zirehli texnika, üç "Qrad" tipli RYAS və bir elektron döyüş stansiyası məhv edilib.
Rusiya Silahlı Qüvvələri Lvov vilayətində silah anbarını məhv edib
Konaşenkov onu da bildirib ki, Rusiya Silahlı Qüvvələri “Kalibr” qanadlı raketlərindən istifadə edərək Lvov vilayətində NATO ölkələrinin Ukraynaya ötürdüyü silahlar üçün sursat anbarını anbarı məhv edib.
"Lvov vilayətinin Zoloçiv kəndi yaxınlığında “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli raketləri NATO ölkələri tərəfindən Ukraynaya verilən xarici silahların sursat anbarı, o cümlədən 155 millimetrlik M777 haubitsalarını məhv edib”.
General onu da bildirib ki, Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri 203 təyyarə, 131 helikopter, 1211 pilotsuz uçuş aparatı, 339 zenit-raket kompleksi, 3558 tank və digər zirehli döyüş texnikası, 524 reaktiv yaylım atəşi sistemi, 1958 ədəd minaatan və artilleriya qurğusunu , o cümlədən 3623 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.