Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Minifutbol üzrə Avropa çempionatının kuboku paytaxt küçələrini dolaşıb

© Photo : AZƏRTACMinifutbol üzrə Avropa çempionatının kuboku Bakıda
Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda - Sputnik Azərbaycan, 1920, 15.06.2022
Abunə olmaq
Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
BAKI, 15 iyun - Sputnik. Avropa çempionatı zamanı minifutbol üzrə milli komandamızın qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində nümayiş olunub.
Azərtac xəbər verir ki, saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib. Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanıb.
Bu gün axşam saatlarında Ağ Şəhər Bulvarında konsert proqramı da təşkil olunub.
Qeyd edək ki, iyunun 11-də Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.
"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.
Xatırladaq ki, Azərbaycan millisinin son 3 görüşdə məğlub etdiyi komandalar - Qazaxıstan və Slovakiya daha əvvəl Avropa çempionu olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0